Əsas Səhifə > Köşələr > Aqşin YENİSEY
Aqşin YENİSEY2-05-2023, 10:10 |
Xalqlar həyatda belə tutunur... Sabit, doqmalaşdırılmış həqiqətlərin ən böyük zərbəsi dilə dəyir. İnkivizisiya müstəmləkələri olmuş Latın Amerakası ədəbiyyatından danışarkən Varqas Lyosa deyir ki, şeir dindar mədəniyyətlərin özünüifadə formasıdır, o cəmiyyətlərin ki, orada sosial həyatın şərtlərini insanlar deyil, tanrı və din xadimləri təyin edirlər. Sosial həyat insanların nəzarətinə keçdikcə şeirin yerini roman zəbt edir. Və “Romanı olmayan, kitab azarına tutulmayan cəmiyyətlər kobud və ibtidai dillərinə görə dəhşətli ünsiyyət problem olan lal-karlar topasına, söz yaratmaq bacarığından məhrum xalqlara çevrilirlər”. Dilimizin ən böyük düşmənləri toxunulmazlığını elan edib inandığımız dəyərlərdir. Çünki düşüncələrimizin sərhədlərini bu dəyərlər müyyən edir və qoruyur, hansı sözün, hansı anlayışın dilimizə keçib-keçməməsinə onlar qərar verirlər. Əgər dilə gələn, yaxud dildə yaradılan söz və anlayış bu dəyərlərə yaddırsa, sərhəddən geri qaytarılır. Beləliklə, dilin söz tərkibi də sabitləşir, ağzımız danışsa da, dilimiz susur. Geri qayıt |