Əsas Səhifə > Köşələr > Aqşin YENİSEY

Aqşin YENİSEY


2-03-2024, 11:37
Aqşin YENİSEY
Biz Baləliylə də keçinərik!

Mədəniyyət tarixində əsasən iki istiqamət var: Sokrat-İsa yolu - bəşərilik milliliyə qarşı. Platon-Məhəmməd yolu - millilik bəşəriliyə qarşı.
Yunanlar Sokratı, yəhudilər İsanı edam etdilər. Bəşəriliyi seçmədilər. Tarixin sonrakı gedişatında göstərdilər ki, bəşərilik deyə bir ölçü yoxdur. Bəşərilik dünya insanı üçün dəyərə çevrilə bilən millilikdir.
Bu gün dünya xalqları üçün yunanların Sokratı, yəhudilərin İsanı öldürməsi də bəşəri bir dəyərdir.
Biz öz bəşəri olanımızla daha qəddar davrandıq, adamın diri-diri dərisini soyduq, amma o dərinin bəşəri dəyərini yarada bilmədik. Çünki yunanlar Sokratı dünyaya, yəhudilər İsanı Romaya hədiyyə etdilər. Biz Nəsiminin dərisini heç kimə vermədik.
Bu cəhənnəm! Hətta bəşəri olanımızı da tutub bəşərin əlindən almaq istəyirik.
Məsələn, farsların millilşdirmək istədiyi Nizami Gəncəvi bizim gəncəli balası Nizami deyil. Bəşəri qeydiyyatda olan Nizami Gəncəvidir. Avropa şərqşünaslarının bəşəri dəyərə çevirdiyi Nizami Gəncəvidir. Görməmiş kimi özlərinə götürmək peşindələr.
Farslara baxıb biz də eynisini edirik; bəşəri olanımızı biz də farsların əlindən alıb milliləşdirmək, hətta gəncəliləşdirmək istəyirik.
Halbuki bu "kiçik xalq" kompleksindən qurultulmalıyıq. Peykanlıdan bir kişi çıxıb bütün dünyaya deməlidir ki, biz Nizami Gəncəvini nəinki farslara, bütün dünyaya hədiyyə edirik! Buyurun, qoy sizin olsun. Biz Baləliylə də keçinərik!

Geri qayıt