Gözdən əlilin DƏRDİNİ GÖRƏN YOXDUR... - NARAZILIQ VAR...
Cəllabad rayon sakini Asim Abdullayev ünvanlı sosial yardım ala bilməməsindən şikayətçidir. dia-az.life xəbər verir ki, o, anadangəlmə ikinci qrup gözdən əlil olduğunu və çətin vəziyyətdə yaşadığını deyir.
Abdullayev bildirir ki 95% görmə qabiliyyətimi itirib, ona ayrılan 220 manat pensiya dərmanlarını almağa və iki azyaşlı övladını dolandırmağa çatmır.
Vətındaşın iddiasına görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları hər dəfə bir bəhanə ilə ona yardım ayırmaqdan imtina edir. O, aidiyyatı qurumlara və Prezidentə müraciət edərək, onun dolana bilməsi üçün sosial yardım almasına yardım etmələrini xahiş edir.