Yevlax rayon sakini Səlvər Mahmudov bildirir ki, həyat yoldaşı Nərgiz Mahmudovav 2020-ci ildə Yevlax Rayonunun Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınıb.
"DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, bildirişləri olduğu halda onların sənədləri sözügedən idarədən yoxa çıxıb. O bildirir ki, həyat yoldaşı 2022-ci ildə yenidən qediyyata düşüb və idarədən onlara mal-qara verməyi təklif ediblər.
Vətəndaş bildirir ki, 2024-cü ilin sentyabır 12-si Bakıdan onların evinə yoxlama gəlib və Nərgiz Mahmudovanı kurslara cəlb ediblər.
Şikayətçi iddia edir ki, qeyri-qanunu olaraq Yevlax Rayonunun Məşğulluq İdarəsi onun həyat yoldaşını kursdan uzaqlaşdırıb.
Mahmudov iddia edir ki, nazirlik əməkdaşları yalnız rüşvət qarşılığında müraciət edənlərə heyvan verir. O aidiyyatı qrumlardan bu məsələni araşdırıb tədbir görülməsini xahiş edir...