Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                 

Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Tarix: 25-11-2024, 10:30 | Çap et
Naxçıvansayağı təhsil siyasəti...
Naxçıvan şəhərindəki 1 saylı məktəbin direktoru Asudə Məmmədova işdən çıxarılıb.

Ovqat.com-a bu barədə məlumatı Naxçıvandakı adının açıqlanmasını istəməyən mənbə verib.

Mənbə xatırladıb ki, Naxçıvan şəhərindəki 1 saylı məktəbin direktorunun adı bundan əvvəl başqa qalmaqallarda da çəkilirdi. Məktəbdə bədən tərbiyəsi dərsini tədris edən Səriyyə Qənbərova dərs bölgüsünün düzgün aparılmamasına etiraz etdiyi üçün işdən çıxarılmış və bu hadisə ikili arasında ciddi qalmaqallara yol açmışdı.

Bundan əlavə, Səriyyə müəllimə direktorunu ötən illərdə ona artıq dərs saatı yazıb pulunu mənimsəməkdə ittiham etmiş və iddialarını təsdiqləyən maddi dəlillər ortaya qoymuşdu. Di gəl ki, onun ortaya qoyduğu dəlillər Naxçıvan Prokurorluğu tərəfindən maddi sübut kimi qəbul olunmamışdı. Prokurorluqdan Səriyyə müəlliməyə göndərilən məktubda deyilirdi ki, məktəb direktorunun əməlində müəyyən nöqsanlar aşkarlanmış və onun “intizam məsuliyyətinə cəlb olunması üçün Naxçıvan Şəhər Təhsil Şöbesinə təqdimat verilmişdir”. Qısası, Asudə Məmmədovanın əməlində hər hansı cinayət tərkibi yoxdur, bu nöqsanlara görə, o, yalnız intizam məsuliyyəti daşıya bilərdi.

Naxçıvan MR Prokurorluğu “ölü canları” cinayət predmeti saymır

Məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz Naxçıvan MR Təhsil Nazirliyindəki mənbəmizin bildirdiyinə inansaq, Asudə Məmmədova vəzifəsindən uzaqlaşdırılmayıb, sadəcə işində yol verdiyi və prokurorluq orqanları tərəfindən aşkarlanan nöqsanlara görə töhmətə layiq görülüb. Doğrusu, Naxçıvan MR Prokurorluğunun aşkarladığı nöqsanların nədən ibarət olduğu bilinməsə də, hər halda bu əməldə cinayət tərkibinin bulunmaması iddiası bizə xeyli maraqlı gəldi. Əlaqə saxladığımız Səriyyə müəllimə Prokurorluğun mövqeyi ilə razılaşmadığını və məhkəməyə müraciət etdiyini bildirdi. Səriyyə müəllimənin iddiasına görə, direktor onu əməlli-başlı döymüş və hər ay ona yazdığı artıq dərs saatının pulunu almışdır: “Əgər bu əməllərdə cinayət tərkibi olmadığı vurğulanırsa, belə çıxır ki, Naxçıvan Prokurorluğu təhsildə korrupsiyaya və fiziki zorakılığa yaşıl işıq yandırır. Təbii ki, mən bu iddia ilə razılaşa bilməzdim və öz hüququmu məhkəmə yoluyla bərpa etməyə çalışacağam”.

Səriyyə Qənbərova da etiraf edir ki, Asudə Məmmədovanın işdən çıxarılması və yaxud inzibati qaydada cəzalandırılması barəsində irəli sürülən korrupsiya və zorakılıq faktı ilə bağlı deyilmiş: “Asudə Məmmədovanın son cəzasının iki mötivi var: Bunlardan biri məktəbin psixoloqu Könül Kərimovaya heç bir əsas olmadan Bakıya getməsinə icazə verməsi imiş. Təsəvvür edin, məni üzrlü səbəbdən işə gəlmədiyimə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən, işdən çıxaran Asudə müəllimə heç bir tutarlı əsası olmadan işdən yayınan psixoloqun bu hərəkətinə göz yumub. Bununla da kifayətlənməyib, faktı Təhsil Nazirliyindən gizləmək üçün Könül Kərimovanın əvəzinə tabelə ya özü qol çəkib ya da tabeçiliyindəki işçilərə qol çəkdirib. Faktiki olaraq, sənədlərin saxtalaşdırılmasında birbaşa iştirak edib”.

Asudə Məmmədovanın ikinci ən böyük “cinayət”inə gəlincə, sən demə, o, məktəb müəllimlərinə əlavə hazırlıq dərsləri keçməsinə şərait yaradırmış. Bu isə Elxan Nəcəfovun bərk acığına gəlib və nazir bu böyük “günah”ı sərt şəkildə cəzalandırmağa qərar verərək direktoru işdən çıxarıb.

Əldə etdiyimiz məlumatları dəqiqləşdirmək üçün Naxçıvan Təhsil Nazirliyindəki mənbələrimizə müraciət etdik. Qaynağımız 1 saylı məktəbin direktoru Asudə Məmmədovanın işdən uzaqlaşdırılması faktını inkar etdi: “Direktoru yalnız nazir işdən çıxara bilər. Nazir isə hələ də məzuniyyətdədir. Bununla belə, bir neçə gün əvvəl nazirlikdə keçirilən məktəb direktorlarının toplantısına 8 saylı məktəbin direktoru ilə yanaşı Asudə xanım da dəvət olunmamışdı. Ola bilər ki, bu hadisə əslində Asudə xanıma “ərizəni yaz, fərmanını gözlə” mesajıdır. Əgər bu ehtimal doğrudursa, nazir məzuniyyətdən qayıtdıqdan sonra məktəb direktoru barədə gözlənilən əmri imzalayacaq ”.

Bəs, 1 saylı məktəbin direktorunun suçu nə imiş ki, məktəb direktorlarının mübahisə doğuran fəaliyyətinə adətən mərhəmət hissilə yanaşan nazir Elxan Nəcəfov ona bu qədər qeyzlənib?

Qaynağımızın bildirdiyinə görə, həm 1 saylı, həm də 8 saylı məktəbin direktorlarının məlum toplantıya çağrılmamasının, dolayısıyla cəzalandırılmasının bir səbəbi ola bilər – məktəb müəllimlərinə əlavə dərs keçməsinə şərait yaratmaq. Belə ki, bir müddət əvvəl hər iki məktəbdə aparılan araşdırmalar zamanı müəllimlərin həmin təhsil ocaqlarında dərsdən sonra əlavə dərs demələri aşkarlanmışdı. Mümkündür ki, məhz bu səbəbdən hər iki məktəbin direktoru işdən çıxarılıb.

Bəs, “mərhəmətli” nazirin bu əsrarəngiz qəzəbini hansı davranış kodeksinə və ya ədalət prinsipinə şamil etmək olar?

"Mərhəmətli" nazirin “çörək haqqı” andı

Adının çəkilməsini istəməyən bir müəllim bu sualımıza belə cavab verdi:

“Adı kifayət qədər ciddi qalmaqallarda hallanan bir məktəb direktorun bu hadisələrə görə yox, müəllimlərin şagirdlərinə əlavə dərs keçməsinə şərait yaratdığına görə cəzalandırılması yəqin ki, sizə qəribə gələcək. Amma təəccüblənməyin. Naxçıvan MR-ın Təhsil naziri Elxan Nəcəfov Azərbaycanın ən məşhur hazırlıq kurslarından birinin yaradıcısıdır. Hətta müəllimlərlə söhbətində hazırlıq kurslarında keçirilən dərslikdəki müəlliflərdən biri kimi təqdim olunan adını bütün həmsöhbətlərinə göstərib qürrələnməsi ilə ün çıxarıb. Görünür, hər kəs kimi, onun da “cinayət və cəza” barədə təsəvvürlərini məhz illərlə içərisində olduğu işgüzar münasbətləri formalaşdırıb. Zira insan oğlunun ən önəmli xüsusiyyətlərindən biri budur ki, “çörək ağacı”ni özünün müqəddəsatı kimi görür və ona toxunanı düşmən elan edir. Təsadufi deyil ki, biz də çörəyi və çörək ağacını müqəddəsləşdirmiş, hətta onu and yerimizə çevirmişik. Dilimizdə “çörək haqqı” andı da bunun bariz nümunəsidir. Yəqin, Elxan Nəcəfovun da aləmində təhsildə ən böyük problem müəllimlərə əlavə dərs saatları yazıb pulunu mənimsəmək, yaxud rəhbərlik etdiyi müəssisədə öz işçiləri ilə saçyoldusuna çıxmaq deyil, ən böyük və bağışlanmaz cinayət və ya günah hazırlıq kurslarının çörək ağacına göz dikməkdir. Bu da təəccüblü deyil. Axı müəllimlər şagirdlərini özləri hazırlayacaqsa, onda hazırlıq kurslarına nə ehtiyac var? Bəlkə də Elxan Nəcəfov bu ehtiyacın aradan çıxmasını istəmədiyi üçün 1 saylı məktəbin direktorunu əfv etməyib”.

Doğrusu, bir müəllimin öz naziri barədə söylədiyi bu fikirlərə “Halal olsun, Elxan müəllimə”, - deməkdən başqa çarəmiz qalmadı. Həqiqətən də o, təmsil olunduğu komandaya tam layiqli bir kadr imiş. Necə deyərlər, elə “canişin”in belə də naziri olar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru