Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                 

BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Tarix: 12-01-2025, 03:09 | Çap et
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır
“Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı kitabların müəllifləri repetitorluğa zəmin yaradır. DİM-in dərs vəsaitləri, test bankları hazırlaması və öz vəsaitlərinin ön sözündə bu nəşrlərdə verilən sualların imtahanlarda düşmə ehtimalının olduğunu vurğulaması repetitorluğun dəyirmanına su tökür”.

Bu fikirləri TNS-ə açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov bildirib.

O bildirib ki, DİM yalnız “Abituriyent” jurnalı, sual modelləri buraxmalıdır, hər hansı test bankı, dərs vəsaiti deyil: “Dövlət İmtahan Mərkəzi hər il müxtəlif vəsaitlər buraxır. Onların eləsi var ki, buraxılması labüddür. “Abituriyent” jurnalı, imtahanla bağlı digər vəsaitlər, qabiliyyət imtahanlarının vaxtları, onlarla bağlı məlumatlar lazımdır. Amma dərslikləri əvəz edən kitablara, daha doğrusu, dərs vəsaitləri və test bankları, sinif testlərinə ehtiyac varmı?

Azərbaycanda orta məktəbdə dərsliklər dövlət hesabına verilir. Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. Ortaya belə bir sual çıxır. Nazirlik iddia edirsə ki, bu dərsliklər şagirdlərin yaş xüsusiyyətinə uyğun, lazımsız informasiyalara yer verilmədən hazırlanıb, o zaman DİM-in hazırladığı dərsliklərin ön sözündə yazılan “bizim dərsliklərimiz daha qısa, lakonikdir. Şagirdlər bunu tez mənimsəyəcək”, - kimi fikirlər nə deməkdir? Belə çıxır ki, nazirliyin hazırladığı vəsaitləri oxuyanda şagirdlər tez mənimsəmir? Doğrudan da, DİM-in hazırladığı vəsaitlər daha qısadır. Amma DİM bunu etməlidirmi? Məsələ budur”.

Mütəxəssis qeyd edib ki, DİM rəsmiləri tərəfindən ölkədə repetitorluğun geniş yayılmasının müsbət hal olmadığı vurğulanıb. Amma digər tərəfdən hamı çox gözəl bilir ki, DİM-in kitablarını yazan müəllimlərin 99 faizi repetitorluqla məşğuldur: “Digər repetitorlar şagirdləri 80-100 manata hazırlayırlarsa, DİM-in kitab müəllilflərinin (özlərini bunker müəlllimi kimi təqdim edənlər) hazırlıq qiymətləri bəzən 400-500 manata kimi qalxa bilir. Əslində, bu məsələ onlara repetitorluq üçün fürsət yaradır. Halbuki DİM rəsmiləri qeyd edirlər ki, kitabları buraxmaqda məqsədlərindən biri abituriyentlərin müstəqil şəkildə imtahana hazırlaşmağını təmin etməkdən ibarətdir. Reallıq isə başqadır”.

Kamil Məmmədov vurğulayıb ki, bu məsələnin digər mənfi tərəfi həmin vəsaitləri almaq istəyənlər üçün əlavə xərclərin yaranmasıdır: “Özüm də valideynəm və bilirəm ki, abituriyent imtahana 2-3 il hazırlaşırsa, hər il DİM-in vəsaitlərini alması üçün ona 150 manat vəsait lazımdır. 3 il müddətində 500 manat edir. DİM hər il vəsaitlərini yeniləyir. Vəsaitlərin hər il yenilənməsi təkimilləşmə adı ilə təqdim olunur. Bu ehtiyacın nədən yaranması da ayrıca bir mövzudur. 9-cu sinifdə oxuyan uşaq DİM-in hər hansı vəsaitini alıbsa, növbəti sinifdə artıq onu istifadə edə bilmir. Yenisini alır. Bu da abituriyentlər üçün əlavə xərc deməkdir. Ucqar bir rayonda yaşayan insan DİM-in vəsaitini əldə edə bilmir. Yaxud şəhərdə kiminsə maddi imkanı çatmır. Bu hal şagirdlərin təhsildə bərabərlik prinsipini pozur. Belə çıxır ki, şagirdin vəsaiti almaq imkanı varsa, kitab müəlliflərinin kitabını alırsa, bəzi istisnalar olmaqla, istər-istəməz onların qəbulda Elm və Təhsil Nazirliyinin vəsaitlərindən istifadə edən şagirdlərdən yüksək bal yığma ehtimalı çox olur.

DİM test banklarının, sinif testlərinin ön sözlərində yazır ki, burada təqdim olunan testlərin imtahanlarda düşmə ehtimalı istisna deyil. Bununla DİM elan edir: “Ey insanlar, mənim kitablarımı alın”. Yəni kitablarda olan sualların 20-25 faizi imtahanlarda düşəcək”.

Mütəxəssisin sözlərinə görə, bu kimi əlavə nəşrlərin buraxılması ilə müstəqil müəlliflər məşğul olmalıdır. O qeyd edib ki, əks təqdirdə, indiki hal imtahan suallarını yazan və 99 fazindən çoxu repetitorluq edən müəlliflərin repetitorluq etməsi üçün reklamdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru