Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                     Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı .....                     Ukrayna ordusu əks-hücuma keçib .....                     Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü .....                     Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub .....                     Novruz bayramında əfv olacaq? .....                     "Mirkamil daşı ətəyindən töksün efirə çıxsın" .....                     Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib .....                     Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür .....                     Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir .....                     Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” .....                     Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib .....                     "Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq" .....                 

Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Tarix: Bu gün, 02:25 | Çap et
Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ?
Sizə kimdən danışaq; son zamanlarda gündəmdən düşməyən və bu səbəbdən depressiya keçirən Emin Əmrullayevdən.

Üst-üstə aşkara çıxan rüşvət, bullinq olayları, Əmrullayevi əməlli-başlı noqdauna saldı. İqtidaryönlü-müxalifətyönlü-hamı onu şiddətlə tənqid etdi. Bundan pəjmürdə olan müdrik nazirimiz, bir sıra tədbirlərdən ibarət islahat paketi hazırladı. Belə ki, birinci tədbir olaraq, müxtəlif “zırpı” kollec rəhbərlərinin, “gülməşəkər” məktəb direktorlarının “soyqırım”ı həyata keçirildi: bəziləri işdən çıxarıldı, bəziləri də töhmət və ya xəbərdarlıq aldı.

Amma və lakin... bu islahatlar, başdan-ayağa absurd və komik idi! Emin müəllim, sadə bir sualın qarşısında aciz qalacaqdı: əgər bu qədər rəhbər şəxs, bu qədər məktəb və kollec direktoru, doğrudan da, yarıtmaz idisə, nəyə görə indiyəqədər vəzifədə qalmaqdaydı?!... Olmaya, Emin müəllimin bəsirəti, 4 ildən sonra açılıb?!...

Üstəlik, mühüm bir məsələ də var. Cənab nazir, tez-tez gileylənir ki, təhsilverənlərin, direktorların üzərinə çox getmək olmaz, rüşvət, bullinq materiallarını yaymaq, düzgün deyil. Lakin, başqa tərəfdən isə, aşkara çıxan görüntülərə, səsyazılara görə elə özü “soyqırım” həyata keçirir...

Müdrik nazirimiz, bir qərar verməlidir: sübutları yaymaqmı yanlışdır, yoxsa sübutlardakı şəxsləri cəzalandırmaqmı?

Belə çıxır ki, islahatları, islahat olsun deyə yox, sadəcə, tənqid “oxları”ndan xilas olmaq üçün, məcburi edir. Yəni, könül xoşluğuyla yox, deyinə-deyinə, söyə-söyə islahat edir. Əslində, bunun adı, islahat paketi yox, “zorakı paket” ya da “bəddualı paket”dir! Direktorlar, düzdür, işdən çıxarılır, amma bəlkə də, onları ifşa edənlər, daha betər vəziyyətə düşəcəklər-Emin müəllimin qarğışlarına görə!

Zarafat bir qırağa. Emin müəllimin paketi ilə bağlı, çox kritik başqa bir sual da ortaya çıxır. İşdən çıxarılan, əməlində qanun pozuntusu təsbit edilən direktorlar barədə nazirlik, nəyə görə prokurorluğa məlumat verməyərək, işin üstünü tezbazar örtür?... Yəni, necə ola bilər ki, qosqoca bir kollecin şefi, işdən çıxarılsın, amma əməllərində-yeyinti, korrupsiya, qanunsuzluq olmasın?...

Konkret misal: “Tovuz Dövlət Sosial-iqtisad Kolleci” və onun işdən çıxarılmış rəhbəri Rizvan Qənbərov.

Nazirlik, yaydığı açıqlamada bildirib ki, sözügedən kollecdə monitorinq aparılıb və direktor işdən çıxarılıb.

Media da, təbii olaraq, sual edib ki, nəyə görə direktorun qanunsuzluqları barədə hüquq-mühafizə orqanlarına müraciət edilməyib? Nazirlik isə cavab verib ki, onun əməllərində, cinayət tərkibi yoxdur!

Həəə, bəlkə də, direktor, kollecdəki fəaliyyətinə görə yox, məsələn, evdə idman etmədiyinə görə, ya da dərmanlarını vaxtı-vaxtında qəbul etmədiyinə görə işdən qovulub...

Gəlin, nazirliyin ciddi açıqlamasına baxaq:

“Kollecin bir sıra tədris sənədlərində (jurnallar, imtahan vərəqləri və s.) nöqsanlar aşkar edilmiş və bu nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmişdir”.

Onda belə çıxır ki, o boyda direktor, jurnaldakı hansısa texniki səhvə görə çıxarılıbmış! Nə bilmək olar, bəlkə də, jurnalda hansısa müəllim, göy yox, qırmızı qələmdən istifadə edib. Ya da şagirdlər, jurnalın üstünə saqqız yapışdırıblar deyə, nazirlik, belə dəhşətli səhvə dözə bilməyib...

Hər halda Emin müəllim, direktorun əməllərində yox, jurnalda problem görür...

Yoldaş Əmrullayev, “Kollecdə qanunsuzluq aşkar edilib, amma direktor günahsızdır” söyləmək, bilirsiniz, nəyə bənzəyir? Yumurta var, amma toyuq yoxdur... Ya da yağış var, amma bulud yoxdur...

Əmrullayev, biz jurnalistləri, fürsətbazlıqda günahlandırır, amma biz indi nə edək ki, cənab nazir özü-özünü camaata güldürür və mediaya sanballı kompromatlar verir!

Qayıdaq, “məcburi islahatlar paketi”nə.

Görünür ki, Emin müəllimin əks-hücum əməliyyatının ikinci etapını məhz jurnalistlərə qarşı tədbirlər təşkil edir. Belə ki, o, keçirdiyi brifinqdə media mənsublarına qarşı sərt mövqe göstərərək, çox sual verməyi qadağan etdi. Yəni, ildə yalnız bir dəfə keçirilən, cəmi 5-6 jurnalistin yüzlərcə jurnalisti təmsilən qatıldığı bir brifinqdə, bir jurnalistin 3 sual verməsi, normal, hətta qaçılmaz bir haldır. Lakin, hətta AZTV jurnalistinə də, sual verməyə qadağa qoyması, onu göstərir ki, Əmrullayev, əməlli-başlı medianı da, “qara siyahı”ya alıb! Yəni, bayaq dediyimiz əks-tədbirlər paketindəki ilk hədəf, “zırpı” direktorlar idisə, ikinci hədəf də, məhz jurnalistlər imiş… Çox əcaibdir… Emin müəllim, direktorları da cəzalandırır, onları gündəmə gətirən jurnalistləri də..

Yəni, bu, bilirsiniz, nəyə oxşayır: güzgüyə baxıb, əvvəlcə özündən gileylənəsən ki, “Axı, mən niyə eybəcərəm?!…” Amma, sonra da güzgünü vurub sındırasan ki, “Sən niyə məni gözəl göstərmirsən?!…”

Yeri gəlmişkən, cənab Əmrullayev, soruşmaq ayıb olmasın, siz bu fantastik ideyaları, ağlasığmaz tövsiyyələri kimdən alırsınız?…

Vallah, yanınızdakı o Eşqi Bağırovdan şübhələnin! Çünki, bəlkə də, sizin yerinizə özü keçmək istəyir deyə, belə provokativ məsləhətlər verir…

/Yenixeber.org

Hazırladığımız sujeti təqdim edirik:










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib - Əmlaklarını geri istəyir
Bu gün, 14:52
"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq" - ETİRAZ
Bu gün, 14:49
Güney Qafqazı KİM QARIŞDIRIR: Ruslar, yoxsa?.. - GƏLİŞMƏ
Bu gün, 14:46
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub - FOTO
Bu gün, 14:44
İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub - TƏFƏRRÜAT
Bu gün, 14:34
Nikolay Valuyevin Azərbaycana girişə qadağa qoyulub - RƏSMİ
Bu gün, 14:32
RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? - Bakının mərkəzində general-leytenanta qarşı terrorun 16-cı ildönümü
Bu gün, 14:28
Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq - DİQQƏT
Bu gün, 14:23
Yenə riyakarlıq - Bu dəfə Vaşinqtonda
Bu gün, 14:02
Babayev hökumətdə şəbəkələşmiş korrupsiya sistemini dağıda biləcəkmi? - AKTUAL
Bu gün, 14:00
Bu şirkət 5 milyon müqabilində “ASAN xidmət” mərkəzlərini - TƏMİZLƏYƏCƏK
Bu gün, 13:58
Ermənistanda “yeni qaçqınlar üçün hazırlıq” ölkəni qarışdırdı – Sensasiya
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru