
"Şikayətim "misli.az"-dandır. Təxminən iki həftədir ki, pulumu mənimsəməyə çalışırlar..." "DİA-AZ" xəbər verir ki, bu barədə Nadir Əhmərdov adlı sosial şəbəkə istifadəçisi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Çox oynamamışam deyə hesabımdan xəbərim yox idi. Aylar öncə nömrə və telefonumi dəyişmişəm. və yeni nömrəmlə hesab açdım mislidə. Uduş məbləğini çıxarmaq istəyəndə isə şəxsiyyət vəsiqəmlə hesabı təsdiq etməli olduğumu dedi, bunu etdim və hesabımın təsdiqi haqqında imtina gəldi. Qaynar xətlərinə zəng etdikdə isə, öncədən təsdiq olunmuş hesabımın olduğunu, gah müştəri məmnuniyyəti üçün problemi həll edəcəklərini, gah da problemin həlli haqda məlumatları olmadıqlarını, sorğumu yönləndirdiklərini dedilər, artıq bir həftədir ki. Operatordan səbəbini soruşduqda isə daxili nizam qaydalarını pozduğumu pulu hal-hazırda çıxara bilməyəcəyimi dedi. Mən də misli.az-a bu sualı ünvanlayıram ki: Əgər hesabım sizin qaydaları pozubsa və təsdiqlənməmiş hesabdırsa, NİYƏ DEPOZİT ETMƏK MÜMKÜN OLUR, AMMA PULU ÇIXARMAQ YOX? Belə olan halda kim məsuliyyət daşıyır. Öz qoyduğum pulu qaytarın heç olmasa, çünki artıq bu etdiyiniz OĞURLUQDUR!"

