"Biz Azərbaycandan Azərbaycana gedirik, ancaq avtovağzalda elə yoxlayırlar ki..." - ETİRAZ VAR...
Tarix: 24-03-2025, 17:49 | Çap et
 Bakı-Naxçıvan marşrut avtobuslarının avtovağzaldaca gömrük yoxlamasından keçirilməsi və bəzi malların daşınmasına məhdudiyyətlərin qoyulması sərnişinlərin ciddi narazılığına səbəb olub. Sərnişinlər iddia edirlər ki, bu məhdudiyyətlərin arxasında monopolist maraqlar dayanır. Onların fikrincə, yüksək vəzifəli oliqarx məmurlar vəziyyəti qəsdən belə qurublar ki, bəzi məhsullar onların nəzarətindən kənar Naxçıvana daxil olub-çıxmasın. Xüsusilə dərman, ət, siqaret və digər malların monopoliyasına nəzarət edən şəxslərin bu işdə əli olduğu bildirilir. Bu vəziyyət isə blokadada yaşayan sadə naxçıvanlıların həyatını daha da çətinləşdirir. Sərnişinlərdən Şirvan Qafarov deyir ki, ötən həftə Naxçıvandan Bakıya gedərkən apardığı iki blok siqaretdən birini gömrükçülər buraxmayıb, geri qaytarıblar: "Biz Azərbaycandan Azərbaycana gedirik, ancaq avtovağzalda elə yoxlayırlar ki, sanki xarici ölkəyə keçirik. Deyirlər ki, siqareti bir blokdan artıq aparmaq olmaz. Mən niyə öz ölkəmdə siqaretimi məhdudiyyətlə daşımalıyam? Üstəlik, bu qədər yoxlama nəyə lazımdır? Bəyəm, Gəncəyə və ya Qazaxa gedən sərnişinlərin yükləri belə yoxlanır? Talıbovlar hakimiyyətdən gedəndə ümidlənmişdik ki, bu məhdudiyyətlər aradan qalxacaq, amma qaydalar hələ də dəyişməyib. Onsuz da hər şey bahadır, blokada şəraitində yaşayırıq. Bizə hər cür şərait yaradılmalıdır ki, korluq çəkməyək. Əksinə, məmurlar öz maraqlarını qorumaq üçün adi insanları daha da sıxışdırır. " Başqa bir sərnişin Qulu Əmirov isə dərmanların aparılmasında rastlaşdığı problemləri dilə gətirir: "Xəstəm var, Naxçıvanda bəzi dərmanlar tapılmır və ya çox bahadır. Bakıda reseptlə aldığım dərmanları Naxçıvana aparanda gömrükdə saxlayıb resept tələb edirlər. Bəzən isə resept olsa belə, buraxmırlar. Üstəlik, Bakıya gedərəkən, oğluma kəsilmiş quzu əti aparırdım, onu da buraxmadılar. Dedilər ki, yalnız az miqdarda, doğranmış halda aparmaq olar. Halbuki məmurlar tonlarla malı heç bir yoxlama olmadan rahatca keçirirlər. Dərman, ət, siqaret və bəzi ərzaq məhsulları monopoliyada olan oliqarx məmurların əlindədir. Ona görə də sıravi vətəndaşların bu məhsulları daşımalarına əngəl yaradılır. " İran ərazisindən tranzit keçməklə Naxçıvandan Bakıya və əks istiqamətə hərəkət edən avtobuslar avtovağzallardakı gömrük məntəqəsində yoxlamadan keçir, yüklər monitordan keçirilərək möhürlənir. Avtobusun yük yerinə vurulan möhür yalnız mənzil başına çatdıqda yenidən açılır. 2019-cu ildən tətbiq olunan bu qayda sərnişin avtobuslarının sərhəd keçid məntəqəsindən yoxlamasız keçməsi üçün tətbiq olunur.
"Gündəlik Naxçıvan"

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|