
"Bu ismarışları "Unibank" göndərir mənə. Axırıncıda lap gül vurub..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında tanınmış telejurnalist Rasim İsmayılov ifadə edib.

O daha sonra bildirir: "Elə bil bununla birdən ikiyə zarafatımız olub. Deyir, "1 aprel zarafatı deyil". Hər dəfə də "sən" yazır. Elə bil məhlə uşağımdı, ya da uşaqlıq dostum.
Onsuz da ölənə kimi ömrümüz sizə işləməyə gedir... heç olmasa etiketi qoru.
Nə olsun ki, sənin kimilərinə möhtac qalmışıq...
Düzdür, dünyanın hər yerində rəiyyəti soyurlar. Amma şirin dillə, pişim-pişimlə. Öyrənin da, goruma aparmayacam ki?"