MTK şeflərinin həbsdəki “KRAL HƏYATI”... - Alaverdiyev, Kərimov kimilərinə bu şəraiti kimlər yaradır?
Tarix: 14-04-2025, 11:13 | Çap et
 Dələduzluq etmiş tikinti firmalarının rəhbərlərinin hər bir addımı ilk gündən hesablanmış, ssenariləşdirilmiş olur. Anaxeber.com yazır ki, MTK rəhbərlərindən son vaxtlar artan şikayətlər fonunda bu problem yenidən gündəmə gəlib və müzakirələrə səbəb olub. Ona görə də arayış verərək daha detallı şəkildə bu qanunsuzluqları diqqət mərkəzinə daşımaq zərurəti yarandığını qeyd etməliyik. Söhbət hər şeyin öncədən planlaşdırılmış və bir "Hollivud" filminin sonunun necə olacağı kimi dəqiqləşdirilməsinə bənzəyir. Yəni şirkət sahibi bilir ki, hədəf bina tikmək, mənzil satışı deyil, vətəndaşları aldatmaqdır. Onu da bilir ki, bir mənzili bir neçə vətəndaşa saxta müqavilələr əsasında satdığına görə milyonlar qazanacaq, amma həbs ediləcək. Həmin iş adamları hesablayır ki, qazandığı milyonların müqabilində bir müddət həbs həyatı yaşayacaq, bir qismini xərcləməli olacaq, lakin türmədə pul hesabına komfort şəraiti olacaq. Fərq ondadır ki, hərəkət azadlığı məhdudlaşacaq. Əvəzində isə milyonların bir hissəsi özünə və ailəsinə qalacaq, həbsdə lüks şəraiti olacaq. Bəli, bu gün həbsxanalarda pul hesabına Norveç türməsinə oxşar lüks qurmaq mümkündür: mobil telefon, şəxsi televizor, isti su, naz-nemət, insani ehtiyacların yüksək səviyyədə qarşılanması və s.
Anaxeber.com bildirir ki, dələduzluq ittihamı ilə həbs edilmiş MTK rəhbərləri məhz bu işləri görürlər, pul xərcləyirlər, nəticəsini qazanırlar. Odur ki, arxayın şəkildə həbsdə oturub cəzanın bitəcəyi tarixi gözləyirlər, öncəgörən kimi qabaqcadan hər bir addımı hesablayırlar. Amma həbs bəzi hallarda tez bitir. Hesablayırlar ki, cəzanın bir hissəsindən hansısa şəkildə azad olmaq mümkündür. Bunun üçün bir neçə variant var - ev dustaqlığı, cəzanın üçdə ikisinin çəkilməsi, mətbuatın yadından çıxandan sonra hakimlərdən biri ilə sövdələşmə və ya cəzanın yüngülləşdirilməsi.
Ən əsası bu müddət ərzində sakinlər MTK rəhbərindən asılı vəziyyətdə qalırlar. Çünki istintaq altında olsa belə, şirkət sahibi bina üzərində səlahiyyətlərini saxlayır, möhür-ştamp əlində olur. O səbəbdən də, vəziyyətdən sui-istifadə edərək həbsdə ola-ola sakinlərə təzyiq göstərirlər. Necə? Məsələn, vəkilləri vasitəsi ilə sakinlərə xəbərdarlıq göndərirlər ki, bu şəraitdə binanın tikintisi yarımçıq qalacaq, pulları batacaq. Bu da azmış kimi, məhkəmə prosesində zərər çəkənləri hədələyirlər. Misal üçün "Sahil - S İnşaat" MTK rəhbəri Tale Alaverdiyevlə onun şəriki Pənah Kərimovu qeyd etmək olar. Şirkət sahibi də, dələduzluq etmiş ortağı da həbs dövründə lüks həyat yaşayıblar. Hətta həbsdən daha çox müalicə müəssisəsində cəza dövrünü keçiriblər. Üstəgəl, elə həftə olmur ki, onlar üçün kababdan, plovdan gəlməsin. Bütün bunlar bir yana, vətəndaşları aldadan, 6 milyon manatı mənimsəyən, 165 ailəyə kələk gələn, onları illərdir mənzil həsrətində qoyan, dövlətə də, xalqa da fırıldaq gələn Pənah Kərimov və Tale Alaverdiyev indi daha da arxayınlaşıblar, zərər çəkənləri təhdid etməyə başalyıblar. Bu barədə verilən məlumatda deyilir ki, hər iki dələduz sakinləri hədələyirlər ki, onlar ev üzünə həsrət qalacaqlar, pulları da geri verilməyəcək. Maraqlıdır, görəsən, bu şəxslərin dilini uzun edən kimlərdir? Dövlətin gücündən çəkinmirlər, yoxsa məhkəmələr, hakimlər onları belə arxayınlaşdırıb? Anaxeber.com-a verilən xəbərdə deyilir ki, MTK rəhbəri Tale Alaverdiyev nə "hikmətdirsə" hələ də müalicə müəssisəsindədir, nə "bəla" gəlibsə, sağalmaq bilmir, şəriki, binaya dələduzluğu gətirmiş Pənah Kərimov isə xeyli vaxtdır şərti azadlığa buraxılıb. Hər iki şəxsə hökm oxunmalı və vurduqları zərərə görə cəza çəkməli idilər, o cümlədən zərər çəkənlərin problemini həll etməli idilər. Lakin biri guya xəstədir, hələ də həbsini müalicə müəssisəsində keçirir, nədirsə sağalmır, digəri də şərti azadlıq əldə edib. Bu da azmış kimi, artıq sakinləri təhdid etməyə başlayıblar. Bu barədə bina sakinlərindən biri, Anaxeber.com-un baş redaktoru Azər Talıbov bildirib ki, saxtakarlıq və dələduzluq etmiş hər iki şəxs barəsində işə yenidən baxılmalıdır, o cümlədən Tale Alaverdiyevin xəstəliyi araşdırılmalı, Pənah Kərimovun hansı arqumentlə ev dustaqlığına buraxıldığına baxılmalıdır. Eyni zamanda, hüquq-mühafizə orqanları, xüsusən Baş Prokurorluq və Ali Məhkəmə sakinlərin təhdid edilməsi ilə bağlı MTK -nın dələduz rəhbərləri barəsində şikayətlərə baxmalıdır.
Anaxeber.com

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|