
"22.04.2025-ci il tarixində Şəhid ailəsinin işlə təmin olunmasını xahiş etmək üçün "Azərsun" Holdinqə məxsus olan "Bazarstore"nin baş ofisinə getmişdim..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında "Qarabağ Əlillərinə Qayğ" İctimai Birliyinin sədri Firudin Məmmədov qeyd edib.
Sözgüedən quruma şəhid ailələrindən birinin üzvünə iş xahişi etmək üçün getdiyini, təklifinə nəinki müsbət yanaşıldığını, hətta kobudluqla qarşılandığını deyən F.Məmmədov daha sonra ictimaiyyətə müraciət edərək Azərbaycan xalqını sözügedən ticarət şəbəkəsini boykot etməyə çağırıb.
"Qarabağ Əlillərinə Qayğ" İctimai Birliyinin sədri daha sonra başına gələnləri belə nəql edir:
"Çox böyük hörmətsizlik etdilər. "Azərsun" holdinqin rəhbərini "Bazarstore"nin kadrlar şöbəsinin müdiri kimi özünü təqdim edən Murad adlı şəxs barəsində ölçü götürməyə çağırıram.
Tədbir görüləcəkmi? Bunu etiraf etmək çox ağırdır, amma "quru-quru qurban olumlar" bizi çox üzür. Murad kimdir ki, şəhid ailəsinə hörmətsizlik edir?"