Əsas Səhifə > Manşet, Üçüncü sektor > Müharibə iştirakçısına qarşı daha bir məmur özbaşınalığı

Müharibə iştirakçısına qarşı daha bir məmur özbaşınalığı


6-01-2014, 15:22
Müharibə iştirakçısına qarşı daha bir məmur özbaşınalığı
DİA.AZ: - Bu günlərdə tanınmış sənətçi Firuzə İbadova ilə bağlı portalımızda bir şikayət məktubu yer almışdı. Artıq həmin məktubdakı ittihamlara reaksiya verilib. Belə ki, DİA.AZ-a müraciət edən qarşı tərəflərdən biri kimi çıxış edən müstəqil hüquqşünas Allahyarov Rəşid Əhməd oğlu aşağıdakıları açıqladı:

“Əvvəla bildirirəm ki, mən 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin 5-ci kurs əyani tələbəsi olarkən, təhsilimi yarımçıq qoyub AR Milli Ordusunun könüllülərdən ibarət 1-ci batalyonunun (Daşaltı batalyonu) kəşfiyyat rotasının tərkibində dövlətçilik və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, lakin Müdafiə Nazirliyinin məmur özbaşınalığı və səhlənkarlığı ucbatından hələ də veteran adı və vəsiqəsi ala bilməmiş, ali təhsilli mühəndis və hüquqşünas, DİN-nin BPİ CAİ-nin sabiq əməliyyat müvəkkili, polis mayoru ikən, mənə borclu tərəf tərəfindən şərlənərək heç bir hüquqi əsas olmadan Daxili İşlər Orqanlarından xaric edilmiş, təqaüddə olan, hazırda müstəqil hüquqşünas kimi fəaliyyət göstərən Allahyarov Rəşid Əhməd oğluyam.

“DİA.AZ” portalında “ŞOK: Firuzə İbadova deputatın qohumunu şantaj edir” sərlövhəli yazını axır ki, mən də oxudum. Yazıda Fətəliyev Əli tərəfindən mənim də adım çəkilir. Oxuyarkən “Bərəkallah, ağ rəngli saqqal sahibi” dedim. 1 il yarım əvvəl mənə yalvar-yaxar edib borcunun bir hissəsinin yerinə kreditdə olan avomaşın verib, qalanını da teliklə verəcəyini vəd edən, 7 cavabsız mesajda və məktublarda göstərilən söyüşə bərabər qınaqları qulaqardına vurmuş, öz mərhum oğlunu sağlığında evindən qovmuş, ona gecə-gündüz qarğış edən (atanın qarğışı övladı bərk tutur), indi həmin mərhumun “minbir zəhmətlə” ona-buna atdığı pulları fırladan, baldızı Bahar Quliyevanın (BDU-nun hüquq fakültəsinin dekanı, cəbrayıllı ağsaqqal Rafiq Quliyevin doğma bacısı) əleyhimə böhtan dolu ərizəsi ilə müvəqqəti “xal” qazanmış, əvvəl kişi söhbəti, indi sənəd söhbəti edən, öz gözündə tiri görməyən... bir şəxs indi “oğlunu itirmiş atanın tükürpədən faciəsini” nümayiş etdirir? Muzdlu “yazar” tutub ənənəvi, şər-böhtan yolunu laiqincə davam etdirir?

Əvvəllər heç vaxt KİV-də çıxış etməmişəm, lakin son zamanlar adım hallandığına, o cümlədən guya əməlimdə cinayət tərkibi olduğuna görə DİO-dan xaric edilməyim barədə, heç mənim özümə də verilməmiş əmrin surətinin, qarşı tərəfin hansısa yolla əldə edərək televiziya verilişində oxuduğuna görə bəzi yerlərdə məcbur olub çıxış etməyi özümə borc bilirəm. Mən bu barədə hələlik tam danışmayacağam, amma zərurət yarandıqca daha ətraflı və əsaslı danışacağam.

Əslində bu iş də müharibə müharibə iştirakçısına qarşı növbəti məmur özbaşınalığıdır.Burada bildirdiklərim və bildirıcəklərim də “ mənimlə dostluq münasibətində olmuş, lakin sağlığında şeytan tərəfindən aldadılmış rəhmətlik Aqilin dalınca danışmaq” kimi çıxmasın, çünki onun, yəni ata Fətəliyevin oğlu Aqilin sağlığında da bunlarla davada olmuşam.

Mərhum Aqilin atası Fətəliyev Əlinin portalınızda hörmətli müğənni, Rerspublikanın əməkdar artisti, sadəlik simvolu Firuzə xanımın və mənim barəmdə bildirdikləri cəfəngiyyatdır, qabaqlamaq məqsədi daşıyır, boş şeylərdi. Onu da, bizi də, ailələrimizi də ətrafımız yaxşı tanıyır. Bilməyənlər də maraqlanıb bilə bilərlər.

Əlinin oğlu mərhum Aqil və mən, hər ikimiz polis əməkdaşı idik. Onun spirtli içkilərə meyli daha çox idi. Daim daha yaxşı yaşamaq üçün özünü oda-közə vurar, əvvəllər böyük qardaşı kimi bildiyi məni də bəzən belə işlərdə eşitməzdi. Onu tam tanımasam da dostluq edirdik.

Həqiqət və məsələnin aydınlaşdırılması naminə bidirirəm ki, Aqil bəzi “biznes”lərlə məşğul idi. Ev, maşın, tələbə qəbulu və s. Xülasə, 2009-cu ildə Rerspublikamızın əməkdar artisti Firuzə İbadovadan 30.000 dollara satmaq istədiyi torpağı, üçdə biri mənim olmaqla, Aqillə mən birgə almışıq. Firuzə xanım və digər şahidlər də təsdiq edir ki, pulların 5.000 dollarını mən, 10.000 dollarını isə Aqilin atası Əli verib. Torpağı Aqil öz qaynanası Solmaz Şahverdiyevanın (Cəbrayıl-Qubadlı rayonlarının deputatı Astan Şahverdiyevin həyat yoldaşı) adına rəsmiləşdirdi ki, gələcəkdə bölərik. Firuzə xanıma 15.000 borcumuz qaldı. Sonra Aqil qardaşım İsmayılın işinə görə ondan əlavə 5.000 də aldı, lakin işini düzəltmədi. Həmin torpaq bahalaşdıqca, üstəlik torpaq payımı da verməkdən yayındı.

Firuzə xanım pulunu tələb etməsə də mən qardaşımın da yanında “üzüqara” olduğuma və maddi vəziyyətim dözülməz olduğuna görə Aqildən, Əlidən və deputat A.Şahvedrdiyevdən haqqımı tələb etmişəm(sonuncu ilə şəxsən ünsiyyətdə olmasam da, sürücüsü Murad adlı şəxslə və həyat yoldaşı Solmaz xanımla telefonda danışmışam). Aqilin özü və bütün yaxınları ilə bütün normal danışıqlara cəhdlərdən sonra, 2012-də qardaşım İsmayıl Xətai rayon prokurorluğuna ərizə verdi, orada material toplandı. Cinayət işi başlana bilərdi. Aqil RF getmişdi. Atası Əli və qardaşı Sahil mənim işlədiyim BPİ-nin qabağına gəlib dəfələrlə yalvarıb xahiş etdilər ki, şikayəti davam etdirməyək(material indi də Xətai r.pr.saxlanılır).

Aqil həmin vaxtlr qaynatası deputat A.Şahverdiyevə arxalanıb müxtəlif şəxslərdə külli məbləğdə pulları alıb mənimsəmişdi. Onun ABU-ya qəbul etdirdiyi tələbələr də məlum hadisələrlə əlaqədar ondan pullarını geri tələb edirdilər.

Aqilin çətin durumda olduğuna, duz-çörək kəsdiyimizə, atası Əli və hələ də sağ olan digər oğlu Sahilin mənə Baş Polis İdarəsinin qarşısında, iş yoldaşlarımın yanında, acizanə surətdə, dəfələrlə yalvarıb vaxt istədiklərinə görə şikayəti davam etdirmədik. Ona görə ki, Fətəliyev Əli mənə olan borcunun bir hissəsini kreditdə olan avtomaşın verməklə ödəyib, qalanını yaxın vaxtlarda verəcəyinə kişi kimi söz verdi mən də gözlədim. Sonra Aqil 28.04.2013-cü il tarixdə vəfat etdi.

Aqilinn vəfatından sonra onlardan borcumu istəmirdim. Buna baxmayaraq onlar mənə qarşı hücuma başladılar. Guya Aqilin vəfatından sonra onun, üzünü belə görmədiyim, heç bir formada ünsiyyətdə olmadığım xalası Quliyeva Bahara məxsus 64 nömrəli bağın bir hissəsini satmışam, özünü də söyüb təhqir edərək hədələmişəm. Sənədlərdə də göründüyü kimi Aqilin sağlığında, yəni 16.01.2013-cü il tarixdə Nazim adlı tanışım təfəndən satılmış həmin torpağın B.Quliyevaya heç bir aidiyyəti olmadığına, şikayətinin yalan və saxta olduğuna baxmayaraq məni DİN-də olan havadarının köməyi ilə, DİO-dan xaric etdirə bildilər. Mən öz paqon yoldaşlarıma Azərbaycan dilində başa sala bilmədim ki, borclu olduqlarına görə xalalarını qabağa verib məni şərləyirlər.

O tayfada azı, Sahilin özü daxil 7-8 hüquqşünas ola-ola vəkil tutub indi qanunla danışmaq istəyirlər? Onlar onu da bilmirlər ki, haqqın qarşısında nə sənəd, nə də hüquq (özü də saxtası) qalib ola bilməz. Elə sənədlərlə də, hüquq müstəvisində də onları ifşa edəcəyik, inşaallah.

Dediklərimi tam məsuliyyətimlə subut etmişəm, indi də edərəm. Bildirdiklərim son 5-6 ayda A.Şahverdiyevə göndərdiyim, cavabsız məktublarda və 7 mesajdda əksini tapıb, lakin haqsız olduqlarına görə cəsarət tapıb üzə çıxmamışlar, cavab verməmişlər. Poçtların çekləri və telefon mesajları göz qabağındadır. Lazım gəlsə, onların hamısının açıq mətnini mətbuata verəcəyəm.

Tələb edirəm ki, deputat Aslan Şahverdiyevin və ona arxalanan qohumlarının özbaşınalıqlarına son qoyulsun, müraciətlərə rəsmi cavab verilsin, qanunsuzluqlara son qoyulsun.

Hələ adlarını çəkmədiyim, həm ümumi dostlardan, həm də onların öz yerli və qohumlarından ibarət çoxsaylı, həm də hörmətli şəxslər də təsduq edə bilərlər.
Qardaşı Sahil özü kimi əzbərçi vəkili də özlərinə qoşub ATV televiziya kanalında “Ümid var” verilişində gəlib mənim barəmdə xalasının böhtanı sayəsində, DİN tərəfindən verilmiş (hansı ki, onu heç əməkdaşın özünə də vermirlər) əmri yenilik və qələbələri kimi oxuyur. Həmin əmri onlara kim vermiş və ya hansı yolla əldə etmişlər? Burada bir daha sübut edilir ki, borcumu verməsinlər deyə, məni doğma xalasının saxta “fakt”ı ilə şərləyib, əsassız olaraq DİO-dan ağır cəza ilə xaric etdirmişlər.
Görəsən mənim və 40 illik müğənnilik əməyi olan, kasıb halda yaşayan, Respublikanın əməkdar artisti Firuzə İbadovanın haqqını axıra kimi yeyə biləcəklərmi? Onu Allah bilər!”

Geri qayıt