Əsas Səhifə > Manşet, Araşdırma > Sabirabadda böhran: Dişi ağrıyan rayondan qaçır
Sabirabadda böhran: Dişi ağrıyan rayondan qaçır6-01-2014, 18:38 |
DİA.AZ: - Sabirabad səhiyyəsində böhran yaşanılır. Bu barədə DİA.AZ-a rayondan məlumat verilib. Xəbəri verən qaynaq iddia edir ki, rayon səhiyyə idarəsinin müdiri Əziz Mikayılov bütün yerli diş texniklərinin fəaliyyətinə qadağa qoyub. Mənbənin söylədikləri: «Əməlli-başlı özbaşınalıqdır. Əziz Mikayılov bütün diş kabinetlərini bağlatdırıb və diş həkimlərinə açıq şəkildə bildirib ki, əgər 4 min manat pul verməsələr, onların fəaliyyətlərinə icazə verilməyəcək». Mənbə bildirir ki, bütün həkimləri məcburi qaydada Bakıya - nazirliyə lisenziya dalınca yollayan baş həkim 4 min manat pul verən dantistlərin fəaliyyətinə şərait yaradır: «Təbii ki, bu qədər pulu kiminsə verməsi imkansız olduğundan bu gün Sabirabada diş həkimi tapmaq müşkülə dönüb. Dişi ağrıyanlar, müalicəsi yarımçıq qalanlar məcburdurlar ki, qonşu rayona getsinlər. Əksəriyyət bir diş ağrısına görə Şirvan rayonuna üz tutub. Belə biabırçılıq olmaz». Onu da bildirək ki, DİA.AZ-ın əməkdaşları yerli diş həkimlərindən birini danışdırıblar. Məlumatı təsdiqləyən həkim adının çəkilməməsi xahişilə müəyyən açıqlamaları da verdi. Həkimin sözlərinə görə, Əziz Mikayılov lisenziya müddəti bitənə də, bitməyənə də eyni qadağanı tətbiq etməklə, əslində ilin əvvəlindən pulyığma kampaniyasına start verib. Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir… Geri qayıt |