Əsas Səhifə > Manşet, Sosial > Kollec direktorunun kütləvi ixtisar qərarı...
Kollec direktorunun kütləvi ixtisar qərarı...28-09-2024, 10:38 |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi - Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin işdən çıxarılmış və işdən çıxarılma təhlükəsi yaşayan bir qrup müəllim kollektivi təhsil müəssisəsinin yeni direktorundan narazılıq edir. Faktinfo.az saytına bölgədən verilən məlumatda qeyd olunur ki, narazılıq edən müəllimlər rayon icra hakimiyyəti başçısının qəbuluna getməyi, eyni zamanda müvafiq dövlət orqanlarına şikayət etməyi də planlayırlar. Məlumatda həmçinin qeyd olunur ki, narazılar hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə də müraciət edəcəklər. Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş verənlərlə bağlı müəyyən dəqiqləşmələrdən sonra əlavə məlumat verəcəyik. Geri qayıt |