Əsas Səhifə > Manşet, Gündəm > Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir...
Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir...4-10-2024, 08:23 |
Son vaxtlar Naxçıvan şəhərində baxımsızlıqdan küçə və parklarda xoşagəlməz vəziyyət yaranıb. Bir neçə il bundan əvvəl Naxçıvançayın sahilində salınan park da baxımsız vəziyyətdədir. Şəhər əhalisinin istirahət üçün ən çox üz tutduğu “Sahil” parkı qaranlığa qərq olub. Parkdakı işıq lampalarının əksəriyyəti sıradan çıxdığından gecə saatlarında orada göz-gözü görmür. İşıq lamplarının üstü açıq qaldığından təhlükə mənbəyinə çevrilib. Valideynləri ilə parkda gəzməyə çıxan azyaşlıları elektrik cərəyanı vurma ehtimalı böyükdür. Vətəndaşlar belə vəziyyətin yaranmasını Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyətsizliyi ilə əlaqələndirirlər. Həmin parkdan çəkilib redaksiyamıza göndərilən fotoları təqdik edirik. TNS.az Geri qayıt |