Əsas Səhifə > Manşet, Gündəm > AYNA əgər işinin öhdəsindən gələ bilmirsə...
AYNA əgər işinin öhdəsindən gələ bilmirsə...8-10-2024, 09:00 |
Bu gün Bakıda sərnişindaşıma nəqliyyatında müşahidə olunan özbaşınalıq əslində bir qurum kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin - AYNA-nın yarıtmazlığının, öz işinin öhdəsindən gələ bilməməsinin təzahürü kimi qəbul olunmalıdır. Hansı işlərini deyək? Hansı işlərindən giley edək? Bu dəfə dia-az.life vətəndaşların sərnişindaşımadakı problemlərlə bağlı etirazını təqdim edir. "Müştəriyəm Şikayətim Var" sosiual qrupundakı paylaşımda narazı vətəndaş aşağıdakı fotonu paylaşaraq belə yazır: "Belə özbaşınalıqmı olar? BNA, AYNA hara baxır? Avtobuslar özəl sektorlara həvalə ediləndə nə olur? Niyə dərəbəylikdi? Vaxtında gəlməyən və vaxtında çıxmayan avtobuslara görə sərnişinlər əziyyət çəkir... Dayanacaqlarda saxlamamağı azmışkən məlumat lövhəsi yerləşdiryə belə çəkinmirlər. Sürücülərin sərnişinlə kobud danışığındanmı, yoxsa qoçuluq edən havadarlarındanmı danışasaq... bilmək olmur..." Qeyd edək ki, başqa bir narazı sosial şəbəkə istifadəçisi Saleh Əlizadə adlı şəxs isə neçə müddətdir AYNA-nın həll edə bilmədiyi və dia-az.life olaraq barəsində az qala dastan bağladığımız məşhur problemdən söz açır: "Heç deyiləsi deyil... Bir aydan çoxdur ki "Bakıkart" portalı işləmir. Heç bir açıqlama, izahat verən də yoxdur..." Geri qayıt |