Əsas Səhifə > Manşet, Hadisə > Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR...
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR...9-10-2024, 09:50 |
Neçə müddətdir ki, Xaçmaz rayon sakinləri onları narahat edən əsas məsələlərdən birindən - Xaçmaz rayon Mərkəzi Xəstəxanasının durumundan giley edirlər. dia-az.life xəbər verir ki, artıq bir neçə dəfə bu barədə paylaşım edən xaçmazlılar sözügedən tibb ocağının əslində xəstəlik mənbəyi olmasını vurğulayırlar. Qeyd edək ki, bu barədə bir dəfə məlumat paylaşmışdıq. dia-az.life olaraq sosial şəbəkələrdən əldə etdiyimiz xəbərdən aydın olur ki, durum yenə də acınacaqlıdır və aradan az qala bir aya yaxın vaxtın keçməsinə baxmayaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasının başbilənləri hansısa tədbir barədə düşünmürlər. Sakinlər yazır: "Ötən həftələrin birində işıqlandırdığımız Xaçmaz rayon mərkəzi xəstəxanasının durumu dəyişilməz olaraq qalmaqdadır... Xaçmaz rayon mərkəzi xəstəxanasında tibbi heyət çatışmamazlığı, antisanitarik vəziyyət, təmirə ehtiyacı olan palatalar və əşyalar dəyişilməz olaraq qalmaqdadır... Apardığımız müşahidələr nəticəsində məlum olur ki, xəstəxana rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib". Sakinlərin təqdim etdiyi fotoları diqqətinizə çatdırırıq: Geri qayıt |