Əsas Səhifə > Manşet, Gündəm > 56 dəqiqəlik müdafiə ilə ifşa olunan EYBƏCƏRLİK...
56 dəqiqəlik müdafiə ilə ifşa olunan EYBƏCƏRLİK...12-10-2024, 09:44 |
"Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin köməkçisi, Universitetin doktorantı Coşqun Dadaşovun dissertasiya işinin oktyabrın 10-da keçirilmiş müdafiəsi haqqında elə həmin gün bəzi qeydlərimi öz səhifəmdə yazmışdım. Cəmi 56 dəqiqə davam etmiş həmin müdafiə haqqında, görünür, hələ daha bir neçə dəfə yazmalı olacağam. Gedişini mobil telefona yazdığım müdafiənin müəyyən detallarını bu dəfə orada səslənmiş çıxışlar əsasında şərh edəcəyəm. Daha təfərrüatlı şərhi isə müdafiənin gedişini yazılı mətnə çevirdikdən sonra vermək olar..." dia-az.life bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib. O daha sonra bunları əlavə edib: "Kamal Abdullayevin Coşqun Dadaşova işlətmək üçün icarəyə verdiyi Azərbaycan Dillər Universitetinin İxtisaslaşmış müdafiə şurasına bacısı oğlu Azad Məmmədov sədrlik edir. 24 il müddətində Ümumi dilçilik kafedrasını, son illər isə həm də Şuranı SSRİ dövrünün kolxoz briqadiri kimi idarə edən Azad Məmmədov bu müdafiəni də briqadanın ümumi yığıncağı kimi – “Böyük dayaq” filmində təsvir edilmiş iclasa bənzər şəkildə əvvəlcədən hazırlanmış ssenari üzrə aparsa da, ssenariyə tam əməl edə bilmədi. İddiaçı Coşqun Dadaşovu çıxış etməyə dəvət edərkən o, dayısnın ona verdiyi tapşırığın təzyiqindən çaşaraq sözü “Dadaş müəllimə verirəm” dedi. “Dadaş müəllim” də əzbərlədiyi mətni müdafiədə iştirak edənlərə “bülbül nəğməsi” kimi çatdırdı. Keçən yazımda bildirdiyim kimi, çıxışdan sonra ona 4 sual verildi. Sualların hamısının qabaqcadan hazırlandığı aydın görünürdü. Şura üzvlərinin üçünün sualları gizlincə kağızdan oxuduğunu da görməmək mümkün deyildi. Coçqun Dadaşovun bu suallara əzbər cavab verdiyini də keçən yazımda bildirmişdim. Əlavə edim ki, hətta Şuranın üzvü F.Zeynalov sualını bitirməmiş “vunderkind” Coşqun Dadaşov ona düşünmədən, necə deyərlər, parta-part cavab verdi. Bundan başqa, iddiaçının çıxışının və ikinci opponentin rəyinin bir hissəsi təxminən eyni idi. Bu, o deməkdir ki, həm çıxışı, həm də opponent rəyini eyni şəxs yazıb. Bu şəxsin Coşqun Dadaşov olması isə Kamal Abdullayevin kvant fizikası üzrə mütəxəssis olduğunu iddia etməyə bənzəyərdi. İddiaçının hələ dissertasiyasının ilkin müzakirəsinin keçirilməsi barədə yazdığı elan da (əlavə edilir) onun iki-üç cümləni bir-birinin ardınca normal, məntiqli şəkildə yaza bilmədiyini aydın göstərir. Azərbaycanda diplom alverçisi, rüşvətxor rektor kimi tanınmış Kamal Abdullayevin özünün əttökən, məzmunsuz əsərlərinin səhnəyə qoyulması üçün ssenarilər yazdığını oxucular, yəqin ki, bilir. Coşqun Dadaşovun müdafiəsinin ssenarisini də o, öz əsərlərinə bənzər şəkildə hazırladığından belə uğursuz “tamaşa” alındı. Tamaşada bir məqam diqqətimi xüsusi cəlb etdi: iddiaçı Coşqun Dadaşovun müdafiədə Şuranın elmi katibinin səsləndirdiyi tərcümeyi-halı tamamilə saxtalaşdırılmış, icarəyə götürdüyü bu universitetdə tutduğu vəzifələr hansı səbəbdənsə gizlədilmişdi. Atalarımız yaxşı deyib: “Axsaq atın kor nalbəndi olar”. İnanıram ki, Ali Attestasiya Komissiyası Coşqun Dadaşovun müdafiəsi ilə bağlı bütün məsələləri təfərrüatı ilə araşdıracaqdır..." Geri qayıt |