Əsas Səhifə > Manşet, Sosial > Sürətli karyera yüksəlişi: Amma nə olsun... iş yarıtmazdır...
Sürətli karyera yüksəlişi: Amma nə olsun... iş yarıtmazdır...12-10-2024, 10:29 |
Qaradağın Soltan ağası deyəsən rəiyyəti ələ salıb. Artıq, bir həftəyə yaxındır ki, su "atlı olub" , Qaradağ rayonunun Müşfiqab, 28 May və digər qəsəbələrinin sakinləri "piyada". Bu qədər deyirlər, danışırlar, şikayət edirlər, bütün bunlara rəğmən 5 gündən sonra əhaliyə özlərinin dili ilə desək üfunət qoxuyan bulanıq su verirlər və sanki, "sizə hələ bu da çoxdur" deyərcəsinə, onu da kəsirlər. "DogruXeber.az" bildirir ki, sözügedən ərazinin sakinləri dövlət qurumlarının onları işsizlik azmış kimi, üstəlik min bir əziyyətlə qazandıqları və boğazlarından kəsib pulunu ödədikləri su ilə belə imtahan etdikləri üçün nəinki qurumlardan, hətta dövlətdən, ölkədən belə iyrəndiklərini, boğaza yığıldıqlarını deyirlər. Bu isə onu deməyə əsas verir ki, Zaur Mikayılov və onun Qaradağ Rayon Su Kanal idarəsinə yenicə təyin etdiyi "təptəzə" rəhbər - Binəqədi rayonunda eyni vəzifədə çalışarkən "sultanlıq səltənəti"ndə qohumlarına xidməti ilə "məşhurluq qazanan" Sultan Əmiraslanov qəsdən vətəndaşları hövsələdən çıxarırlar ki, onlar ayağa qalxıb, dövlətə, hakimiyyətə etiraz etsinlər. O, Sultanov Əmiraslanov ki, əvvəl Yasamal Rayon Su-kanal idarəsində mühəndis, ardından keçmiş "Azərsu" ASC-nin baş idarəsində mühəndis, sonradan sirli bir sıçrayışla Binəqədi rayonu Su-kanal idarəsinin rəisi təyin olunub. Nə hikmətsə əldə etdiyimiz məlumata görə, bu qoçaq oğlan Sultan Əmiraslanovun adı çalışmaqla bərabər Dövlət İdarəetmə Akademiyasının tələbələri siyahısında yer alırmış. Bəlli ki, bu təhsil məsələsi Əmiraslanovun karyerasındakı sirli sıçrayışın pik həddinə qalxan nərdivanın söykəndiyi divar rolunu oynayır. Maraqlıdır, görəsən, hələ o, qədər də böyük olmayan vəzifənin öhdəsindən gələ bilməməsinə rəğmən, başına qohum-əqrəbasını toplayan bu şəxs hara hazırlanır? Halbuki, hazırda nəinki özü, heç rəhbəri olduğu idarənin çalışanları belə əhali ilə normal ünsiyyət qurmağı bacarmırlar, ya da bəlkə qurmaq istəmirlər. Bu isə rəhbərin səriştəsizliyini göstərən əsas nüanslardan hesab olunur. DogruXeber.az Geri qayıt |