Əsas Səhifə > Manşet, Cəmiyyət > "Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..."

"Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..."


14-10-2024, 09:29
"Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..."
Sabirabad rayonu, Şıxsalahlı kənd sakini Bayramov Bəxtiyar Həmid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb:

“Cənab Fərid Əhmədov!

Şikayətimiz Xırdalan şəhəri, H.Əliyev pr. 34 ünvanında yerləşən “ESKA” MTK-nın təsis etdiyi binaya aiddir.

Mən, Bayramov Bəxtiyar Həmid oğlu, binanın həm sakini, həm mülkiyyətçisi, həm də yeni təsisçilərindən biriyəm. Notarial qaydada təsdiq edilmiş yüz on beş mülkiyyətçi və təsisçinin adından sizə müraciət edirəm. Biz bina mülkiyyətçiləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıb, idarəetməni öz üzərimizə götürmək istəyirik. Çünk “ESKA” MTK-nın müdiriyyətinin hazırkı fəaliyyəti cinayətkarlıq və dələduzluqdan ibarətdir.

MMC-ni yaradıb, idarəetməni öz üzərimizə götürməyimiz qanuna zidd olmadığı halda, Ədliyyə Nazirliyinin Qeyri-hökümət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev qeyri-qanuni olaraq bizə rədd cavabı verir. Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik. Ona görə ki, Aslan Hacıyevin dediyi sənədləri nəinki təqdim etmişik, hətta başqa sənədlər də əlavə etmişik ki, məlumatları asan dəqiqləşdirə bilsin. Aslan Hacıyevin öz işinə qeyri-ciddi yanaşmasına görə, iki yüz on iki mülkiyyətçinin Konstitusiya hüququ pozulur. Hal-hazırda binanın idarə edilməsini biz sakinlər həyata keçiririk. Sadəcə olaraq rəsmi sənədləri təsdiqləyə bilmirik.

Cənab nazir!

Sizdən xahiş edirik, bizə kömək edəsiniz ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradaq, Mənzil Tikinti Kooperativinin müdiriyyətinin cinayət və dələduzluğunu sonlandıraq”.

Geri qayıt