Əsas Səhifə > Manşet, Sosial > Fuad Nəcəfli ilk başdan düz gəlmədiyi NAZİRİ BİTİRİR...

Fuad Nəcəfli ilk başdan düz gəlmədiyi NAZİRİ BİTİRİR...


21-10-2024, 09:01
Fuad Nəcəfli ilk başdan düz gəlmədiyi NAZİRİ BİTİRİR...
Özünün mövqeyi kifayət qədər gərgin olaraq qalan Naxçıvan Muxtar Respublikasının xüsusi nümayəndəsi Fuad Nəcəfli nəhayətdə əsas rəqiblərindən biri kimi gördüyü MR-nın səhiyyə nazirini yola salmağa yaxındır. Bu barədə dia-az.life Naxçıvandakı mənbələrdən informasiya əldə edib.

Xatırladaq ki, bu zamana qədər Fuad Nəcəfli yalnız və yalnız səhiyyə naziri Samiq Sadıqovla baş edə bilməyib və hətta onun nazir postuna təsdiqlənməsini belə zamanında önləyə bilməmişdi. Ona görə də MR səhiyyəsindən neqativ yazıların ölkə mediasında işıqlandırılmasında Fuad Nəcəfli hər zaman maraqlı tərəf kimi çıxış edib.

İndi isə deyəsən, nəhayətdə özünün emissarları vasitəsilə səhiyyə nazirini nüfuzdan salmağa müvəffəq olana Fuad Nəcəfli onunla bağlı qərarın verilməsinə yaxındır. Mənbə dia-az.life-ya bildirir:

"Dünən Samiq Sadıqova Bakıdan ismarış gəlib ki, müxtəlif yerlərdən gətirib ayda 10 min, 5 min manat maaş yazdırdığın həkimlərə sərf olunan pulları büdcəyə qaytar, özün də get, barəndə veriləcək qərarı gözlə..."

Yəni məsələ artıq qapanmış kimidir...



YAZILARA İSTİNAD MÜTLƏQDİR...
Geri qayıt