Əsas Səhifə > Manşet, Cəmiyyət > Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb...

Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb...


25-10-2024, 10:44
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb...
Kənd Təsərrüaftı naziri keçmiş komandirinə vəzifə verib, o isə Beyləqanda sərxoş vəziyyətdə qalmaqal yaradıb...


Kənd Təsərrüaftı naziri nazir Məcnun Məmmədovun öz keçmiş komandirinə verdiyi vəzifə bir neçə gündən sonra qalmaqallı şəkildə bitib.

Beyləqandan Poliqon-a verilən məlumata görə, nazir Məcnun Məmmədov hərbi xidmətdə komandiri olmuş və hazırda təqaüddə olan Fəxrədddin Qəhrəmanov adlı şəxsi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nəzdindəki Mərkəzi Aran Regional İdarəsinə direktor müavini təyin edib. Fəxrəddin Qəhrəmanovun direktor müavini vəzifəsi isə cəmi bir gün çəkib.

Belə ki, Beyləqandan saytımıza daxil olan məlumata görə, Fəxrəddin Qəhrəmanov Aran Regional İdarəsinin kollektivinə təqdim edildikdən sonra keçirilən məclisdə qalmaqal yaşanıb. İddia edilir ki, Fəxrəddin Qəhrəmanov nazirlik işçilərinin yanında Beyləqan rayonu haqqında təhqiramiz ifadələr işlədib və bundan sonra məclisdə olan Aran Regional İdarəsinin işçiləri ilə direktor müavini arasında insident yaranıb. Səhv etdiyini və işçilərin onu cəzalandırmaq istədiyini görən Fəxrədin Qəhrəmanov məcburən məclisi tərk edib.

Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə Fəxrədin Qəhrəmanov baş verən hadisədən sonra Bakıya gedib və iş yerini dəyişmək üçün “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhərliyinə xahiş edib. Rəhbərliyin nə cavab verəcəyi isə yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bu iddialarla bağlı Poliqon Kənd Təsərrüaftı Nazirliyinə sorğu ilə müraciət edib. Aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilməmişik.

Bütün hallarda yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq...

Geri qayıt