Əsas Səhifə > Manşet, Hadisə > Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA...
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA...26-10-2024, 15:07 |
Naxçıvan Sağlamlıq Mərkəzi "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 1 088 995,27 manat dəyərində satınalma müqaviləsi bağlayacaq. Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzin tibbi avadanlıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. "Azəri Med" QSC tibb sektorunda fəaliyyət göstərən iri şirkətlərdən biridir. Şirkət əsasən tibbi avadanlıqların satışını həyata keçirir. 2004-cü ildə təsis edilən "Azəri Med" QSC-nin nizamnamə kapitalı 10 000 manatdır. Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Lakin "Azəri Med" QSC-nin əsl sahibi kimi deputat Kəmaləddin Qafarovun adı çəkilir. Şirkət haqqında yayılan və təkzib edilməyən məlumatlar bu iddianın əsassız olmadığı qənaətini yaradır. "Azəri Med" QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kəmaləddin Qafarovun yaxın qohumudur. Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir. Kəmaləddin Qafarov deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini vəzifəsində çalışıb. "Azəri Med" QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir. Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Geri qayıt |