Əsas Səhifə > Manşet, Cəmiyyət > "Neftqazelmitədqiqatlayihə" institutunun direktorunun səlahiyyətləri QƏSB OLUNDU

"Neftqazelmitədqiqatlayihə" institutunun direktorunun səlahiyyətləri QƏSB OLUNDU


29-10-2024, 11:27
"Neftqazelmitədqiqatlayihə" institutunun direktorunun səlahiyyətləri QƏSB OLUNDU
SOCAR-da kadr dəyişikliyi davam edir. "DİA-AZ" xəbər verir ki, şirkətin prezidenti Rövşən Nəcəf bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən Dövlət Neft Şirkətinin tabeçiliyində olan "Neftqazelmitədqiqatlayihə" institutunun direktoru İsmayılov Fəxrəddin tutduğu vəzifəsindən azad olunub. Məlumata görə, əmr 21.10.2024 tarixində imzalanıb.

Fəxrəddin İsmayılovun yerinə isə hələlik hansısa təyinat olmayıb və direktorun səlahiyyətlərinin icrası direktor muavini Quliyev Mubarizə həvalə edilib.

Bu da hamısı deyil. "DİA-AZ-ın məlumatına görə, direktorla yanaşı qurumun baş mühəndisinin də ərizəsi alınıb və yaxın günlərdə onunla bağlı da müvafiq əmr imzalanacaq.

"DİA-AZ" qeyd edir ki, baş verən dəyişikliyə reaksiya verən Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı maraqlı şərhi ilə diqqətə gəlib.

M.Qəhrəmanlı belə deyib: ""Neftqazelmitədqiqatlayihə" institutunun işdən çıxarılan direktorunun kabinetində, onun kreslosunda isə hələlik heç bir rəsmi göndəriş olmadan SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun müavini Anar Əliyev əyləşib.

O həm də "Ümid Babək" Əməliyyat Şirkətinin direktor müavinidi. Sadəcə olaraq bilavasitə keçmiş direktor tabeleyində olan şəxslərə bildirib ki, bundan sonra birlikdə işləyəcəklər. Bu halda cənab Anar Əliyev üçüncü vəzifə sahibi olacaq?.."


Geri qayıt