Əsas Səhifə > Manşet, Gündəm > Nazirlik işçiləri min bir bəhanə gətirir ki...
Nazirlik işçiləri min bir bəhanə gətirir ki...30-10-2024, 08:11 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son günlər sosiual yardım üçün müraciət edən vətəndaşlara total qaydada imtina cavabları verirlər ki, bu zaman da daha çox absurd bəhanələr səbəb kimi göstərilir. "DİA-AZ" bildirir ki, elə Quba sakini də anoloji qaydada ağlagəlməz bəhanə ilə imtina cavabı alıb. Halbuki həmin müraciət edən vətəndaşın durumu nəinki daha bir neçə ay, daha bir neçə gün dözləyə bilməsi üçün belə müsaid deyil. "DİA-AZ"ın məlumatına görə, Quba rayon sakini Mətənət Ələkbərova deyir ki, 6 aydır sosial yardım üçün müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi isə onlardan 26 il əvvəl verilən pay torpağının qimətləndirmə sənədini istəyib. Ələkbırova bildirir ki, nazirliyin verdiyi 10 gün ərzində onların istədikləri sənədi alıb verə bilmədikləri üçün onlara sosial yardım verməkdən imtina ediblər. Şikayətçi bunun qanuna zidd olduğunu hesab edir və nazirlik əmıkdaşlarının bu özbaşnalığı barədə ölçü götürülməsini xahiş edir... Geri qayıt |