Əsas Səhifə > Manşet, Cəmiyyət > "`Starex` ancaq müştəriləri incitməyə xidmət edir..."
"`Starex` ancaq müştəriləri incitməyə xidmət edir..."31-10-2024, 11:32 |
"Şikayətim "Starex kargo" şirkətindəndir. Artıq bir aydır ki, sistemlərində "həvalə et" xidməti işləmir. İlk dəfə zəng edib məlumat almaq istəyəndə qeyd etdilər ki, bir həftəyə problem həll ediləcək. Artıq bir ay keçir, nə sistem düzəlib, nə də müştəri xidmətlərindən bir cavab var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əli Nağı adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra bildirir: "Bir neçə gün əvvəl Antiinhisar Komitəsinə şikayət etdim. Ödəniş qəbzi və sifariş statuslarının ekran görüntülərini çəkib onlarla paylaşdım. Bu gün Antiinhisar Komitəsindən bir əməkdaş mənimlə əlaqə saxladı və məsələni 30 iş günü ərzində araşdıracaqlarını bildirdi. Filiallarına yaxınlaşanda, "həvalə et" xidmətini göstərdiklərini deyərək, sosial şəbəkə vasitəsilə müştəri xidmətləri ilə əlaqə saxlamağımı tövsiyə edirlər. Müştəri xidmətlərinə yazanda isə heç bir cavab almıram. Hətta, şikayətimlə bağlı yazdığım bütün şərhləri də siliblər. Əgər ''həvalə et'' xidməti işləmirsə, niyə müştəridən ödəniş tutulur? Niyə müştəriyə məlumat verilmir ki, ''həvalə et'' sistemi işləmir?" "DİA-AZ" qeyd edir ki, bir başqa vətəndaş da eyni karqo şirkətindən gileylənir. Zülfiyyə Mehdiyeva yazır: "Ancaq müştərilərə yalnış məlumat verməklə, sifariş ləngidib, xəttə gözlətməklə məşğuldurlar! 20 gündü məhsulum anbarlarında çeşidlənmə statusunda qalmışdı. Bu gün nəhayət məntəqədə olması ilə bağlı sms gəlib, yaxınlaşanda 5 gündür bağlamanın orada olduğu bildirilir. "Starex" ancaq müştəriləri incitməyə xidmət edir..." Geri qayıt |