Əsas Səhifə > Manşet, Hadisə > Naxçıvanda Mahir Əliyevin ÖZBAŞINALIQLARI...
Naxçıvanda Mahir Əliyevin ÖZBAŞINALIQLARI...2-11-2024, 11:25 |
"Mən Nuruyev Ziya Xanəli oğlu Naxçıvan Dəmir Yolları İdarəsində işləyirəm. Vaqon baxıcısı və təmirçisi işində..." Bu barədə "DİA-AZ"a göndərilən müraciətdə deyilir. Müraciət müəllifi daha sonra bildirir: "13-cü ildir ki, əməkhaqqı olaraq 451 manat alırdım. 2024-cü ilin fevral ayının 28-də mənə dedilər ki, "qol çək kağıza... işini dəyişəcəyik" Bununla da əməkhaqqım 261 manat oldu. 7 ay sonra dəyişdilər işimi... yanacaq ambarına mühafizəçi verdilər. Qurumun rəhbəri Mahir Əlyevə dedim ki, mən gecə işində işləyə bilmirəm. Mahir Əlyev mənə dedi ki, 2 ay sonra ixtisara salacam... Son iki ayın əməkhaqqısı yüksək olacaq... Mən də bundan sonra Əmək Müfəttişliynə şikayət etdim. Şikayətimdən sonra işdə dedilər ki, səni Mahir Əlyev idarəyə çağırır. Mən idarədə dedi ki, get şikayətini geri götür. Sonra da idarənin xidməti maşınıyla Dəmiryolunun insan resursları şöbəsinin işcisiylə məni apardılar Əmək Müfəttişliynə... Ərizəni də o yazdı... mənə imzalatdılar... İki ay gündüz işə gedim... sonra sınaq müddəti bitdi və məndən imtahan götürmədən məni gecə növbəsinə saldılar qanunsuz olaraq... Mən də dəfələrlə idarəyə gedərək izahat verməyə məcbur oldum. Mənə deyirdilər get otur evdə özümüz zəng vurub deyəcəyik nə etməlisən... Məni maddə ilə işdən azad edib boş anketlərə qol cəkdirirdilər. Özləri də sonra nə bilirdilərsə yazdılar təbii ki... Mahir Əlyev məni otağına cağırıb dedi ki, mənim adım cox hallanır... bir də hec yerə məktub yazmayım... İki ay sonra ixtisara salacaq məni... Beləcə aldada-aldada məni boş kağızlara qol çəkdirdilər və etiraz edəndə də hədələdilər..." "DİA-AZ" bildirir ki, işçinin haqqını kobud şəkildə pozan Naxçıvan Dəmir Yolları İdarəsinin rəhbərliyinin qara-qura işlərilə bağlı kifayət qədər ciddi ittihamlar da səslənməkdədir. Bu barədə NÖVBƏTİ YAZIMIZDA... Geri qayıt |