Əsas Səhifə > Manşet, Sosial > "Niyə bu bank məni öz pulumun dilənçisi edir?"
"Niyə bu bank məni öz pulumun dilənçisi edir?"4-11-2024, 10:24 |
"Ayın 22.10.2024-cü il tarixində, "Unibank"a aid "Unibank cash"in terminalından kartıma 400 ABŞ dolları mədaxil etmişəm. Bankın verdiyi məlumata əsasən, mən gedəndən sonra başqa adam, gəlib, terminal mənim pulumu qaytarıb və adam oğurlayıb qaçıb". "DİA-AZ" bildirir ki, bunu öz gileyində Mikayıl Seyidov adlı sosial şəbəkə istifadəçisi bildirib. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi şikayət etmişəm. Polis sağolsun üstünə düşüb, ətraf kameraları açdırıb axdarır. Lakin qaranlıq olduğundan, adamın üzü açıq aydın düşmür. Lakin mən banka israr edəndən sonra mənim özümə terminalın görüntüsünü götəriblər. Adamın üzü açıq aydın düşür. Keçəl, saqqalı cavan oğlandı oğru, açıq aydın məni pusub pulu götürüb. Lakin bank açıq aydın oğruluq faktı olmasına baxmayaraq, polisin birbaşa müraciətinə görüntü təqdim etmir. Deyir təqdimat yazılmalı, məhkəmə falan açılmalı qərara əsasən görüntünü polisə verə bilərik. Buda təqribi 2-3 ay çəkəcək. Ortada açıq aydın oğurluq faktı var, ətrafdakı bütün obyektlər, kamera görüntüsünü verir. Məhz bank öz texniki problemi ucbatından puluma sahib çıxa bilməyib... "qaynar xətt" operatoru da mənə yalnış məlumat verib ki, texniki xətadı sabah pulunuz qayıdacaq. Sabahsı günsə deyir, get işini polislə gör. İndi hər şeyə razıyam. Amma niyə bu oğurluq faktının görüntüsün normal vaxtında polisə vermirlər? 2-3 aya adam bəlkə ölkədən qaçacaq. Niyə öz pulumun dilənçisi edir bu bank məni? Heç nə istəmirəm... sadəcə, normal olaraq prossesi necə sürətləndirib polisdə olmasını sağlamaq olar?" Geri qayıt |