Əsas Səhifə > Manşet, Siyasət > "Belə çürük akademik təfəkkürlə pula, mal-mülkə yiyələnmək olar, amma..."
"Belə çürük akademik təfəkkürlə pula, mal-mülkə yiyələnmək olar, amma..."5-11-2024, 06:54 |
AMEA-da həqiqi elmə və alimə bir qayda olaraq sitəm edilir. AMEA rəhbərliyinin münasibəti təxminən belədir: "Elə etməliyik ki, vicdanlı alim düşmənə möhtac olsun...Təki mən salim olum..." İsa Həbibbəyli Ramiz Mehdiyevdən ikiqat artıq laqeyd və şəxsi maraqlarını düşünən adamdır. Nə ölkə vecinədir, nə xalq, nə elm, nə də alim. Elədirsə, bu qurumu saxlayıb dözlətə ziyan vurmağın nə mənası var?! "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov çıxış edib. O daha sonra davam edir: “İsa Həbibbəylinin və onun daxil olduğu akademşəbəkənin marağına cavab verəməyən vətəndaş akademiyadan da, lap ölkədən də çıxıb getsin, bütün günahları ölkənin rəhbərliyində görsün. Bədniyyət akademşəbəkə üzvləri bu niyyətlərinə qismən nail olsalar da, hələ umacaqları tam reallaşmayıb. Vəzifə məsuliyyəti və qayğısı yox, ölkəyə, onun qanunlarına, xalqına, rəhbərinə sədaqət yox. Etdikləri yalançı mədhiyyələr isə səmimi olmadığı üçün ikrah doğurur. İ.Həbibbəylinin və dostlarının bircə qayğısı varsa, o da şəxsi imkanlarını daha da artırmaq və vəzifələrinin ömrünü uzatmaqdır. Məsələn, qurumda İdris Abbasovun ağır maddi-sosial şəraiti ilə maraqlanmaq İsa Həbibbəylinin nəyinə gərəkdir? İdris dost deyil, qohum deyil, oğru deyil, rüşvətxor deyil, dövlətə kələk gəlib qrant yemir, ayrılan milyonların haram yolla yeyilməsindən pay ummur, saxtakarlığa imza atıb yüz minləri yemir, əksinə, elmin qara fəhləsi kimi canına cəfa basıb ağır əməyə qatlaşır, mühüm elmi işləri yerinə yetirməklə yanaşı ətrafa da biganə qalmır, qurumdakı qanunsuzluqları, yolsuzluqları, dövlətə, xalqa gəlinən kələkləri mütəmadi olaraq ifşa edir, dövlətin, xalqın inkişafına, qanunsuzluqların aradan qaldırılacağına sidqi-qəlbdən inanır və s. Nəticədə öz Vətənində qəribə çevrilir, evsiz-eşiksiz qalır, səfalətə tərk edilir. Belə "səfehin biri" İsa Həbibbəylinin və onun nəzarətində olan akademşəbəkə üzvlərinin nəyinə lazım ola bilər axı?! Belə "utopiya sevdalısı" Dövlətə lazımdırsa, getsin, dövlət ona gün ağlasın. Getsin, köməyi Prezidentdən, Heydər Əliyev Fondundan istəsin, bizə nə?! Bu zatlar İdris Abbasovu bu yaşına qədər Azərbaycan gerçəkliklərini dərk etməməkdə qınayırlar... Vallah, belə çürük akademik təfəkkürlə pula, mal-mülkə yiyələnmək olar, fəqət dövlətçilik şüuruna sahib olmaq olmaz. *** Onlar təkcə ciblərə girməklə, dövlət vəsaitini mənimsəməklə kifayətlənmir, həm də intellektual mülkiyyəti mənimsəyirlər. Elmdə mənbə mənimsəmə ən namussuz işlərdən biridir. Elmi əsər "ifraz" edən bəzi üzdəniraq diplom alimləri özlərinə qətiyyən əziyyət vermədən hazır istinadları öz adlarına çıxırlar. Bu, alimlik deyil, kaftarlıqdır. Dilçiliyə dair son kitabımda 500-dən artıq mənbəyə baş vurmuşam və hər səhifənin aşağısında istinadları dəqiq olaraq göstərmişəm. O müəlliflərin çoxunun adları ilə Azərbaycan elm ictimaiyyəti ilk dəfə tanış olur. Niyə? Çünki özünü işə vermək istəyən alim barmaqla sayılır. Müftəxor akademik, elmlər doktoru azdırmı?! Həmin istinadları mənimsəyib özününkü kimi vermək, müəllifin adını gizlətmək, yəni əməyimi oğurlamaq elmi alçaqlıq və vicdansılzlıqdır". Geri qayıt |