Əsas Səhifə > Manşet, Hadisə > Sumqayıt Gömrük İdarəsində sahibkarlara DİVAN TUTURLAR...

Sumqayıt Gömrük İdarəsində sahibkarlara DİVAN TUTURLAR...


6-11-2024, 09:08
Sumqayıt Gömrük İdarəsində sahibkarlara DİVAN TUTURLAR...
Sumqayıt Gömrük İdarəsində süni süründürməçilik halları ilə rastlaşan, yüklə dolu avtomobilləri aylardır qurumda gözləyən bir neçə şirkətin səlahiyyətli nümayəndəsi Qocamanov Ayaz İlyas oğlu, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Gömrük Komitəsinin sədri Şahin Bağırova növbəti müraciətini edib.

"DİA-AZ" bizimxeber.az-a istinadla müraciəti olduğu kimi təqdim edir:

"Mən Qocamanov Ayaz İlyas oğlu...

″ATLANTİS-2018 ″, ″AZGLOBAL-2020″, ″MAK.GO GLOBAL″, ″HAZAR-İNŞAAT-TİKİNTİ″, ″FİALET-2020″ şirkətlərin səhaliyyətli nümayəndəsiyəm.

Şirkətlərin təsisçisi və direktoru Qocamanov İlyas Ayaz oğludur. Şirkətlər lojistikanın təchizatı ilə məşğuldur.

Burdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya və Gömrük Komitəsinin sədri Şahin Bağırova növbəti dəfə müraciət edirəm.

1 aydan artıqdır ki, bizim şirkətlərə məxsus yüklə dolu 10-dan artıq maşın Sumqayıt Gömrük İdarəsində saxlanılıb. Yüklərin bəyannaməsi edilib, müəyyən ödəmələri də olunub. Amma qurumun aidiyyatı şöbələrində çalışan şəxslər, şöbə müdirləri sənədləri süni şəkildə geçikdirərək yükləri yoxlamaya buraxmırlar. Bu isə yüklə dolu avtobobillərin aylarla gömrükdə qalması ilə nəticələnir. Nəticədə həm biz sahibkarlara, həm də dövlət büdcəsinə böyük ziyan dəyir.
Bu problemlərin həlli üçün dəfələrdə aidiyyatı qurumlara, Komitə sədri Şahin Bağırova müraciətlər etsəm də, nəticəsi yoxdur.

"İşlərimiz çoxdur, çatdıra bilmirik" deyən şəxslərin hansı fəaliyyətlə məşğul olduğunu isə biz yaxşı bilirik.

Kimdir bu şəxslər?

Şöbə müdirləri Emin Həsənov, Musa, Rizvan və Xocasəh terminalında yük inspektoru işləyən Mirzə Sadıqov. Onlar köhnə komandanın qalıqlarıdır ki, Sumqayıt Gömrüyündə istədiklərini edirlər. Necə olur ki, onlar birləşib özlərinə aid olan şirkətlərə məxsus yükləri bir neçə saata buraxanda vaxtları olur, amma bizim yüklərimizə gəldikdə vaxtları olmur?

Necə olur ki, qanunsuz fəaliyyət göstərən şirkətlərə dəstək verəndə, özlərinə yaxın olan şəxslərin şirkətlərini bizim adımıza bağlayanda vaxtları olur, bizim qanuni yüklərimizə gələndə vaxtları olmur?

Bu şəxslər çatdıra bilmirik deməklə işləyə bilmədiklərini etiraf edirlər. Onların bacarıqsızlığı və özlərinə işləmələri üzündən yüklə dolu avtomobillər aylarla gömrükdə gözləyir. Elədirsə, Şahin Bağırov bu şəxsləri nədən bu idarədə saxlayır? İşləyə bilməyən adamların Sumqayıt Gömrüyündə nə işi var?

Elədirsə, rotasiya edilsinlər, onların əvəzində daha təcrübəli, daha savadlı, gənc və düzgün işləməyi bacaram kadrlar gətirilsin. Əgər, Şahin Bağırov bu şəxsləri dəyişə bilmirsə bu artıq başqa məsələdir. Çıxıb etiraf etsinlər ki, bu şəxsləri dəyişə bilmirik. Nədir bu adamların Sumqayıt Gömrüyündə saxlanmasının səbəbləri? Niyə illərdir onlar öz əməllərini davam etdirirlər və Şahin Bağırov başda olmaqla hər kəs onların bu əməllərinə göz yumur.

Burdan bir daha ölkə Prezidenti İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya və bir başa bu işlərə aidiyyatı olan Gömrük Komitəsinin sədri Şahin Bağırova müraciəöt edirəm. Yuxarıda adlarını çəkdiyim şəxslər Emin Həsənov, Musa, Rizvan və Xocasən terminalında yük inspektoru işləyən Mirzə Sadıqov dövlətin bütün qanunların pozaraq sahibkarları bezdirməklə məşğuldurlar. Bu şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməlidir. Bu şəxslər açıq şəkildə öz cibləri üçün çalışır və bununla da sahibkarları bezdirlər,- deyə müraciətdə qeyd olunur.



Geri qayıt