Əsas Səhifə > Manşet, Gündəm > Xaçmazda problemlər BUNA GÖRƏ QALIR...

Xaçmazda problemlər BUNA GÖRƏ QALIR...


Bu gün, 08:43
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR...
"Xaçmazın inkisafina mane olan əsasən yerli-yersiz... hazırki məmurları tərifləyənlərdir. Əvvəllər Şəmsəddin Xanbabayevi ağızdolusu tərifləyənlrə indi də Elnur Rzayevə heykəl qoyurlar. Bu adamlar əslində inkişafın qarşısını alanlardır... Mövcud problemləri yaltaqlıqla ört-basdır edirlər, amma düşünmürlər ki, bunun bəlasını Xaçmaz çəkəcək". "DİA-AZ" bildirir ki, bu sözlər Xaçmaz sakinləri adından edilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Onlar düşünürlər ki, guya yaltaqlanmaqla yaxşılıq edirlər. Amma başa düşmürlər ki, onların sayəsində icra başçıları özlərini o qədər arxayın hiss edir ki, axırda harınlayır...

Şəmsəddini söyüb Elnuru tərifləməklə boşboğazlıq edənlər bu gün Xaçmazın inkişafı qarşısında bir nömrəli əngəldirlər. İmkan verin, camaat dərdini söyləsin... Bəlkə Elnur müəllim başqa cür məmur olmaq istəyir... Aman verin..."

Geri qayıt