Əsas Səhifə > Manşet, Güney Press > "Adamın Lənkərana qonağı gələndə utanır..."
"Adamın Lənkərana qonağı gələndə utanır..."Bu gün, 16:39 |
"Adamın Lənkərana qonağı gələndə utanır..." Bunu bir kimsə yox... Lənkəran sakinləri deyir. Bu barədə "DİA-AZ"a yazan narazı lənkəranlılar iddia edir ki, neçə ildir rayonlarının günləri QARA gəlib... çünki rayonda QARAşov hökmrandır... Sakinlər yazır: "Lənkəran sərhədyanı rayon olaraq strateji olsa da, Azərbaycanımızın ən mühüm CƏNUB QAPISI olsa da... maləsəf ki, məhz yerli rəhbərliyin özbaşınalığı və naşılığı səbəbindən bu gün vətənimizin CƏNUB AYAĞI zir-zibil içindədir. Camaaatın sosial durumu o qədər acınacaqlıdır ki, vətəndaşlar nəinki qonaq qarşılaya bilmir... öz günmlərini belə yola verməkdə çətinlik çəkirlər... Bu gün Lənkəran boyda rayonun mərkəzi, xüsusən də mərkəzi bazarın özü və ətrafı bir xətəlik mənbəyidir. Əgər hansısa turist yolunu azıb bura gəlsə, bilin ki, bir daha gəlmək istəməyəcək..." Lənkəran sakini iddia edir ki, Lənkəran RİH rəhbəri bu gün öz işi ilə məşğul deyil: "Əslində Taleh Qaraşov heç bir vaxt öz işi ilə məşğul olmayb. İnanmarıq ki, Qaraşova "GET LƏNKƏRANI TALA" tapşırığı verilsin... Belə bir rəsmi tapşırıq olmasa da, bu gün Lənkəran Qaraşıovun zülmü altındadır..." Qeyd edək ki, sözügedən müraciətdə narazı vətəndaş əlavə ittihamlar səsləndirib. Bu barədə növbəti yazıçızda... Geri qayıt |