Əsas Səhifə > Manşet, Güney Press > "Nazir olmayan yerdə nazirdir..."

"Nazir olmayan yerdə nazirdir..."


Bu gün, 17:09
"Nazir olmayan yerdə nazirdir..."
"Naxçıvanın bir pilot-naziri var – Abbas İsmayılov. Niyə pilot-nazir deyirik? Təkcə ona görə yox ki, Abbas müəllim digər həmkarları kimi həftənin bir neçə gününü Naxçıvanda öz işinin başında, qalan günlərini isə təyyarədə keçirir. Həm də ona görə ki, zati-aliləri həqiqi nazir yox, nazir əvəzidir". "DİA-AZ bildirir ki, bunu öz paylaşımında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Jurnalist daha sonra əlavə edir: "O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub və üzərindən 1 ilə qədər zaman keçməsinə baxmayaraq, nazir vəzifəsinə adam tapılmadığına görə naziri əvəz edir. Yəni nazir olmayan yerdə nazirdir.
Məlumata görə, pilot-nazir öz şöbə müdiri Xudakərimi işdən qovub. Bəs Xudakərim müəllimin günahı nə olub, bilirsiniz? Yox, yox, səbəb heç də onun rüşvət alması olmayıb. Heç işə vaxtında gəlməməsi də Xudakərimin sonunu gətirməyib. Binəva Xudakərim müəllimin bir bağışlanmaz günahı olub; karıxıb ona müraciətlə “cənab nazir” yox, sadəcə “Abbas müəllim” deyib. Pilot-nazir də şöbə müdirinin bu tərbiyyəsizliyinə elə bərk hirslənib ki, onu işdən qovub.
Amma Xudakərim müəllim də işini bilən və şükürlü adam imiş. Deyilənlərə görə, işdən çıxarıldığı andan başlayıb Allaha dua etməyə ki, nə yaxşı, onu Naxçıvan qaydasında, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarmayıblar. Əks halda ömrünün axırına qədər işsiz qalardı..."

Geri qayıt