Əsas Səhifə > Manşet, Hadisə > "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır"

"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır"


Bu gün, 09:54
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır"
"Elm ocağının və alimlərin prezidenti İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır. Harayım az qala Cibutiyə, Kot-d'İvuara, Madaqasqara çatıb, fəqət İsa Həbibbəyliyə çatmayıb. İ. Həbibbəyli problemə nifrət edir. O, yeri gəldi-gəlmədi tərif deyir və hesab edir ki, tərifdən ziyan gəlməz. SSRİ kimi nəhəng bir dövləti məhz belə şəxslərin tərifi yıxdı. Əlahəzrət öz vəzifəsini yerinə yetirmək əvəzinə, ilim-günüm tərif demək üçün bəhanə gəzir, halbuki əsl vəzifəsini icra etsə, əsl tərif o olar, ölkə çiçəklənər!.." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov çıxış edib.
O daha sonra davam edir: "Aydındır ki, akademşəbəkənin arzuolunmaz fəaliyyəti sayəsində ölkə elmini iflic vurub. Ayrılan vəsait ziyana xərclənir. Havada uçuşan alim diplomları elmi-mənəvi ekologiyanı zəlil günə qoyub. Bu gün özünü heç bir real problemin qabağına verməyən, dövlət və millət maraqlarını kefinə, şəxsi marağına qurban edən akademikin, alimin barındırılması dövlətin inkişafına labüd əngəldir. Təhlil etdikdə aydın olur ki, mövcud akademik davranışlar cəmiyyətdə ali hakimiyyətə qarşı qıcıq yaradır, cəmiyyəti nifrinləşdirir, aqressivləşdirir, vətəndaşı öz Vətəninə yadlaşdırır, laqeydləşdirir, ögeyləşdirir, didərgin salır, düşmənə çevirir. Görəsən, İsa müəllim bu vahiməli təsir və nəticələri idraklayırmı?!
PS. İsa Həbibbəyli, siz COP-dan danışsanız da, danışmasanız da, yüksək səviyyədə təşkil olunmuş tədbir öz axarı ilə gedəcək, amma öz vəzifənizə laqeyd yanaşmağınız dövlətə çox baha başa gəlir. Nəticədə elmi-mənəvi mühit korlanır, sizin və dostlarınızın tərəfindən mənim kimi alim ailələrinin haqqı tapdanır, insan həyatı məhv olur. Dövlətə xidmətiniz, rəhbərə sədaqətiniz budurmu?! Sizə elə gəlir ki, dövlətçiliyə sədaqətiniz inandırıcı görünür?!
İsa müəllim, sizi and verirəm sevdiklərinizə, heç olmasa, yaşınızın bu çağında insafa gəlin, ədalətə aman verin, bir dəfə də olsun, səmimi olun, problemlərin həllinə çalışın!.."

Geri qayıt