Əsas Səhifə > Manşet, Siyasət > Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU30-11-2024, 09:08 |
Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 175-də yaşayan Hacıyev Faiqin Eyyub oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 16 il adına maaş yazılıb, özü bundan xəbərsiz olub: “Mən, Hacıyev Faiqin Eyyub oğlu yazaraq xahiş edirəm ki, başıma gələn bu hadisəni işıqlandırasınız. Bildirim ki, 29.10.2024-cü il tarixində “Hurriyyet TV”-nin verilişindı Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 175-də yaşayan Hacıyev Faiqin, yəni mənim adım çəkildiyindən sizə yazılı müraciət edirəm. Bildirirəm ki, həqiqətən də DSK sədri Elbar Əhmədov məni 2008-ci ilin yanvar ayının 7-dən sədr olduğu 40-cı dairəyə (keçmiş 39-cu dairə) işə götürsə də, heç vaxt o dairədən maaş almamışam. Sizin verilişdən sonra DSK-nınn baş mühasibi, Elbar Əhmədovun yeznəsi mənə müraciət edərək bildirdi ki, gəl müqaviləni yeniləyək. Bu zəngdən sonra öyrəndim ki, həqiqətən də 2008-ci ildən bu günə qədər Elbar Əhmədovun sədri olduğu 40-cı dairədə gözətçi vəzifəsində işləyirəm. Bu səbəbdən, müsahibə iradımı bildirib, “haqqımı yemisiniz” dedikdə, mənə cavab verdi ki, “kim istəyir gəlib yoxlasın, mənim əlimdə sənin maaş kartın olmayıb”. Belə çıxır ki, Şəmkir rayon Polis İdarəsinin maliyyə şöbəsinin 34 yaşlı milyonçu müdiri - mayor Sabirov Sabirin və dairə sədri olan Elbar Əhmədovun gəlirinin bir hissəsi belə işlərdən gəlirmiş. Hətta belə fikirləşirəm ki, mənim kimi zərərçəkən heç də az deyil. 16 il müddət 16 ay, yaxud da 16 gün deyil. Bəs, neçə olur ki, bu müddət ərzində həmin məsələdən yuxarı qurumların xəbəri olmur?! Bildiyiniz kimi, kart dəyişildikdə mütləq maaş alan şəxsin özü bəzi sənədlərə qol çəkməlidir. Mənim üçün maraqlıdır ki, bu prosesi necə ediblər? Mən məsələ ilə bağlı şəxsən MSK sədri Məzahir Pənahova müraciət edirəm. Sual edirəm ki, DSK sədrinin maxinasiyalarından, yəni başqalarının kartını özündə saxlamasına, bütün yaxın qohumlarını təkcə öz sədri olduğu dairəyə deyil, eləcə də digər dairələrə yerləşdirməsinə MSK sədri Məzahir Pənahov niyə göz yumub”? Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin mətbuat xidmətinin əməkdaşı Aynur Osmanqızı ilə əlaqə saxladıq. O bildirdi ki, bununla bağlı vətəndaşın özü şəxsən müraciət etməlidir. Aynur xanımın bizə göndərdiyi müraciət formasını da şikayətçiyə təqdim etmişikşik. Orada qeyd olunur: “Müraciətinizin qeydə alınaraq rəsmi araşdırmaya yönləndirilməsi üçün ad, soyad, ata adı, şəxsiyyət vəsiqənizin FİN kodu, faktiki yaşadığınız ünvan, əlaqə nömrəsi və müraciətinizin mətnini tam formada qeyd edərək demx@sosial.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Tələb olunan məlumatları qeyd etmədiyiniz halda, müraciətinizin cavablandırılması mümkün olmayacaq. Qeyd etdiyiniz məlumatlar əsasında müraciətiniz rəsmi qeydiyyata alınıb araşdırılaraq cavablandırılacaq. Müraciətiniz üçün təşəkkür edirik. Həmçinin, istənilən DOST Mərkəzinə yaxınlaşa bilərsiniz”. Geri qayıt |