Əsas Səhifə > Manşet, Güney Press > "Canlarını qoymağa yer tapmırlar dünəndən..."

"Canlarını qoymağa yer tapmırlar dünəndən..."


26-12-2024, 16:33
"Canlarını qoymağa yer tapmırlar dünəndən..."
"UNEC-in ortaq proqramla Mahaçkala Universitetində təhsil alan tələbələri Azərbaycana qayıda bilmirlər. Qroznı və Mahaçkala reysləri bağlanıb, tələbələri yönləndirən yoxdur. Nə AZAL-dan, nə UNEC-dən səs çıxır..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Aygün Muradxanlı çıxış edib.

Jurnalist daha sonra əlavə edib: "Hər ailənin övladını Rusiyanın bu başından o başına - böyük şəhərlərə göndərmək, yeni il ərəfəsi od qiymətinə satılan bilet almaq imkanı yoxdur. Bir neçəsi ilə danışdım, iki dünya arasındadırlar elə bil. Canlarını qoymağa yer tapmırlar dünəndən.

Fors-major yaranıb, heç olmasa, quru sərhədlər tələbələr üçün açılsın…"

Geri qayıt