Əsas Səhifə > Manşet, Hadisə > Qarabağ qazisi qaz xətti ola-ola odun sobası yandırır...

Qarabağ qazisi qaz xətti ola-ola odun sobası yandırır...


6-01-2025, 09:27
Qarabağ qazisi qaz xətti ola-ola odun sobası yandırır...
"Dekabr ayı üçün bizə 128 manat qazpulu gəlmişdi. Qardaşımla danışanda onu müzakirə etdik, dedi, bizdə qış olanda ayda 180 manatı keçir, siz şükür edin..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində tanınmış jurnalist Dünya Sakit yazıb.

O daha sonra əlavə edib: "Məlum "allahsız qərar"dan (təbii qazın qiymətinin bahalaşması nəzərdə tutulur -red.) sonra ona zəng vurdum, götürmədi xeyli. Sonra öz yığdı, dedi, bağışla, zirzəmidən köhnə odun sobasını çıxartdım, təmizlədim, telefon da evdə qalmışdı. Dedim, o sobanı niyə çxıardırdın ki, dedi, bu artımdan sonra qazpulunu vermək mümkün olmayacaq, yayda xeyli qurumuş ağacları kəsmişəm, ən azı 3-4 aylıq odun var, sonrasına da Allah kərimdir...

Qardaşım Qarabağ qazisidir, ayağının birini qurban verib Vətən üçün. 50 yaşındadır, ailəsini dolandırmaq üçün gah Şəmkirə, gah Qazaxa, gah Ağstafaya aqroparklarda fəhlə kimi işləməyə gedir. Protez ayaqla yüz kiloluq boru çevrələrini daşıyır...

10 ildən çoxdur fərdi ev növbəsindədir, sosial büdcəli dövlətimizdə hələ də ata-anam mətbəxdə, qardaşım da 3 uşaqla evin tək olan otağında yaşayır...

2020-ci ildə fərman verilmişdi 2025-ci ilədək bütün qazilər evlə təmin olunsun deyə... 2025-ci ildir, amma o fərman hələ də qardaşım üçün keçərli olmayıb...

Belə..."

Geri qayıt