Əsas Səhifə > Manşet, Güney Press > Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR...
Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR...6-01-2025, 12:22 |
"Bu qədər illərin zülmünə cism neynəsin?! Akademik haqyemə, məsuliyyətsizlik, laqeydliyə dağ dozməz. Axşam aptekdə halım pisləsdi. Təcili yardım gəldi, iynə vurub getdilər. Tanış aptekçi məni gömrüyün hospitalına apardı..." DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib. O daha sonra davam edir: "Düzdür, müdaxilə etdilər, sağ olsunlar. 3-4 saat qaldım orda. Nisbətən düzəldim, özümü babat hiss etməyə başlayırdım. 140 manat ödəniş deyəndə, inanın təzyiq yenə qalxdı... Üstəlik, səhər mütləq müayinələrdən keçməlisiniz dedilər. Bəzi şübhələrimiz var dedilər... Mənə düşməncilik edən akademik dəstə bəs o qədər pula necə sahib olub?! Ömür boyu ikiqat çalışdım, ölüm ayağında xəstəxanaya da pulum olmadı... Ədalətdirmi?! Ölüm anında ani düşündüm ki, akademik mühitdəki həqiqətləri deməməyə yalnız olümüm səbəb ola bilər. Allah bilən məsləhətdir..." "DİA-AZ" xatırladır ki, İdris Abbasov AMEA daxilində rüşvətə və haqsızlığa apardığı mübarizəsi ilə diqqətə gəlməkdədir. Hər halda, vətənini, millətini sevənlər bu alimimizə dəstək olarlar... Geri qayıt |