Əsas Səhifə > Manşet, Cəmiyyət > SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR?

SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR?


Bu gün, 11:14
SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR?
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlının təqdim etdiyi son fakt əslində, bir çox mətləbləri ifadə etməkdədir. Hər halda, verilən ixtisar qərarı ondan xəbər verir ki, "SOCAR"ın başbilənləri məşhur "Mozalan" kinojurnalının qəhrəmanlarına xarakterik keyfiyyətdə - yəni keyfiyyətsizlikdədir...
Tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının açıqladığı faktı "DİA-AZ" olaraq təqdim edirik:
" "Azneft" İB Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi, DOST xidmətinin müraciəti ilə aylıq əmək haqqı 320 manat olan iki xadimə qadını işdən azad edib.

Deyilənə görə, qadınlar müəssisəyə DOST xidməti vasitəsilə göndərilib. Eyni qaydada bir neçə nəfər qadının da işdən azad olunması gözlənilir".

"DİA-AZ" xəbər verir ki, bu açıqlamasının ardından M.Qəhrəmanlı "SOCAR" rəhbərliyinə xitabən aşağıdakıları ifadə edib: "Etdiyiniz günahlara görə... qohum hesabına bəndə cəzasından yayina böləcəksiniz, amma Allah cəzasından qətiyyən! Sadəcə zamana ehtiyac duyulur..."

Yeri gəldiyindən "SOCAR" rəhbərliyini xatırladan Mozalan" satirik kinojurnalının həmin buraxılışını təqdim edirik:



"DİA-AZ" qeyd edir ki, NHMT sədri növbəti açıqlamasında "SOCAR strukturlarında aprılan "işdən azad edilmə" siyasəti hansı quruma məxsusdur" deyə sual edərək iki quruma - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və SOCAR-a işarə edir. M.Qəhrəmanlı növbəti gileyi də diqqətə çatdırıb:

"Mən 28 ildir Çilov adasnda yaşayram. Ailəliyəm... yoldasm, anam və atamla birgə. Bakıda və ya rayonda bizim evmiz yoxdur. 3 il məşğulluq mərkəzi və 4 ildirdir ki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin göndərişiylə Çilov adasnda 500 manat əmək haqqına işləyirdm. 8 saat iş rejimiynən hər bir işi də görürdüm.

Bu həftə mənim müqaviləmə xitam verildi . Səbəbini dedilər müqavilənin vaxtı bitib... Hər il də deyrdilər ki sizi 28 May NQÇİ-ə işə götürəcəyik... Hər il deylirdi amma əməlolunmurdu. İndi hal-hazrda mən Çilov adasnda nə işlə məşğul olum, ailəmi necə dolandırım? Mənim Bakıda və rayonda evim olsaydı, bəlkə də bir işlə məşğul olardım. Amma evimiz tək Çilovdadı. Ordada da yalnız 28 May adına NQÇİ-dir. Hər hansı iş versələr (nə olur olsun), işləyib ailəmi saxlayardım. Yaxud da yenidən müqaviləmi uzatsaydılar, Çilov adasında qalıb işləyərdim..."

Məlumatlarda o da deyilir ki, elə dünən də 2 nəfərin müqaviləsi uzadılmayıb...

Məsələ diqqətimizdədir...

Geri qayıt