Əsas Səhifə > Manşet, Güney Press > Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur...
Şərurda `BUZ DÖVRÜDÜR`: Camaat soyuqdan donur...Dünən, 11:46 |
Havalar soyusa da, Şərur şəhərinin əksər binalarında istilik yetərsizdir. Sakinlər "Gündəlik Naxçıvan"a bildiriblər ki, yalnız icra başçısının yaşadığı Heydər Əliyev prospektindəki binalara yüksək temperaturda istilik verilir. Digər ərazilərdə isə istilik ya zəifdir, ya da ümumiyyətlə yoxdur. Sakinlərin sözlərinə görə, gündüzlər nisbətən istilik olsa da, axşama doğru qızdırıcıların temperaturu 40 dərəcədən aşağı salınır. Bu səbəbdən mənzillər soyuyur və sakinlər məcburiyyət qarşısında elektrik qızdırıcılarından istifadə etməyə başlayırlar. Onların şikayətlər isə cavabsız qalır. K.Seyidov küçəsində yaşayan sakin C. Bağırov deyir ki, istilik çatışmazlığı qənaət bəhanəsi ilə izah olunur: “Ötən ilə kimi istilik əla idi, amma indi Vasif Talıbovun qaydaları qayıdıb. Normal istilik yoxdur. İstilik istismar idarəsinə şikayət edirik, deyirlər, rayon rəhbərliyi qənaət etməyi tapşırıb. Amma başçı Kamal Cəfərovun yaşadığı binada 70 dərəcə istilik var. Biz isə soyuqda qalırıq. Pul almağa gələndə bizi narahat edirlər, amma istilik verəndə qənaət edirlər. Əgər qənaətdirsə, niyə ayrıseçkilik edirlər. Qoy, başçı da bizim kimi soyuqda qalsın.” Başqa bir sakin, Adəm Qafarov da vəziyyətdən narazıdır: “Keçən il radiatorlara əl vurmaq olmurdu, su qaynar idi. İndi axşamlar sistemə ilıq su vurulur, evlər qızmır. Elektrik peçindən istifadə edirik, əlavə xərc çəkirik. İstilik yoxdur, amma pulu tam ödəməyimizi tələb edirlər. Bu vəziyyət belə davam etsə, heç nə düzəlməyəcək. Çünki, şikayətlərimizə baxan yoxdur.” Sakinlər qənaət bəhanəsinin arxasında maliyyə mənimsəmələrinin dayandığından şübhələnirlər. Geri qayıt |