Əsas Səhifə > Manşet, Hadisə > İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR...
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR...Bu gün, 10:37 |
Xəbər yayılıb ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində təftiş həyata keçirilir. "DİA-AZ" bildirir ki, hələlik maliyyə yoxlanışı olsa da, bu qurumun fəaliyyətində narazı qalan vətəndaşlar totla yoxlamanın da nəhayətdə baş tutacağına inanırlar. Bu barədə "DİA-AZ"a çoxsaylı müraciətlər olunub və onlardan bəzilərini diqqətinizə təqdim edirik. Beləliklə... *** Sakinlər adından ümumi müraciətdə deyilir: "Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin demək olar ki, hamısında bufetlər özəlləşdirilib. Uşaqlar kənardan heç nə ala bilmir. Ancaq məktəb bufetində nəsə ala bilər Bütün müəllim yerlərinin öz qiyməti var. Tez-tez deyirlər ki, niyə kişi müəllimlərin sayı azdır. Hardan artsın ki?.. Hərbi müəllim vəzifəsi... məsələn, Sumqayıt məktəblərində 12000 manatadır. İlhamə Abdullayeva məktəbləri açıq bazara döndərib və kimsədən çəkinmir. Məktəblərdə uşaqlara tapşırılır ki, iş defterləri, testləri hec kim almasın... məktəbdə paylayıb pulunu da ikiqat alırlar. Rəsmən biabırçılıqdır... Məktəblərdə ayda test pulu kimi 2 manat verməyən şagird digər şagirdlərin yanında biabır edilir... Yəni deyirlər ki, 2 manat nə olan şeydir... gücün çatmır... Amma buna gücü çatmayan valideynlər var. Əgər 2 manat "nə olan şeydirsə", o zaman almasınlar və şagirdi biabır etməsinlər... Sumqayıt məktəblərində şagird yerdəyişməsi zamanı açıq şəkildə 500 manat istənilir və hamıdan alınır. Verməyəndə gah guya sistem donur, gah da yer olmur... Amma 500 manat verəndə sistemin donu açılır, yer də tapılır... İlhamə Abdullayevanın təkcə özü yox... elə qohumları da özbaşınalıq edir. Məsələn bir qohumu - 38 nömrəli məktəbdə kimya müəllimi işləyən Şəhla müəllimə 9-cu sinif uşağının başına parta atıb və bu günə qədər də cəzasız qalıb. Çünki arxalandığı yer möhkəmdir..." DAVAMI MÜTLƏQ OLACAQ... Geri qayıt |