Əsas Səhifə > Manşet, Güney Press > "Naxçıvanda xaosmu yaratmaq istəyir?"
"Naxçıvanda xaosmu yaratmaq istəyir?"Bu gün, 16:38 |
"Naxçıvan səhiyyəsindən dəfələrlə yazmışam. Biz mətbuatın işi iradları nöqsanları bildirmək və onların aradan qaldırılması istiqamətində hərəkət etmək,addım atmaqdır. Amma bəzən elə bir vəzifəli insanlar olur ki onlar özlərin qanundan da,konistusiyadan da üstün görür. İradları nöqsanları aradan qaldırmaqla əvəzinə bizimlə mübarizə aparir.Biri elə bizim Naxçıvanın səhiyyə naziri Samiq bəy . Adam kreslosun əbədi,vəzifəsinin isə ömürlük olduğunu düşünür . Ətrafına özünə yaxın olan insanları toplayıb,onları yüksək əmək haqqı ilə təmin edir". "DİA-AZ" xəbər verir ki, bu barədə jurnalist Sima Babayeva açıqlamasında qeyd edir. O daha sonra bildirir: "Amma Naxçıvan səhiyyəsində dəridən qabıqdan çıxan həkimlər və tibbə xidmət edən digər işçilər çalışdıqları bu çətin məsuliyyətli işin haqqını ala bilmirlər. Samiq bəy insanlarla ali rəhbərliyi üz-üzə qoymaqmı istəyir? Naxçıvanda xaosmu yaratmaq istəyir ? Artıq bütün təşkilatlarda əmək haqqları verilib ama nədənsə Naxçıvan səhiyyəsində işçilər hələdə yanvar ayının əmək haqqlarını ala bilməyiblər.Aldığımız məlumata görə Naxçıvan səhiyyəsinə sahiblik edən Samiq bəy artıq 3 gündür Naxçıvanda yoxdur. Özünün işdə dediyinə əsasən Bakıya problemləri tam formada yoluna qoymağa gedib.Əmək haqqları niyə verilmir görəsən ? Səhiyyə naziri Naxçıvanda yoxdur ona göre?Yoxsa Samiq bəy büdcəni talan edib indi həkimlərə verməyə pul yoxdur?Ola bilsin büdcədən taladıqları pullar ilə qaynatasının və kirvəsinin adına aldığı mal-mülkü Bakıya satmağa gedib ki,gətirib büdcəyə geri qaytarsın…!" Geri qayıt |