Əsas Səhifə > Manşet, Ölkə > "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..."
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..."Bu gün, 10:38 |
![]() Dövlət Neft Şirtkətində əməkhaqqının az olması və son beş ildə sıravi işçilərin əməkhaqqılarına heç bir artımın olmaması, bunun əvəzində isə hətta olan-qalan əlavələrin də kəsilməsi böyük narazılıqla qarşılanmaqdadır. "DİA-AZ" olaraq bu barədə növbəti vətəndaş müraciətini təqdim edirik. Beləliklə, SOCAR-da mühəndis vəzifəsində çalışan Mahmud Mahmudlu öz etirazını bu şəkildə ifadə edir: "SOCAR-ın futbola ayırdığı pullarla çox işlər görmək olardı, külli miqdarda pullar havaya sovruldu... Futbolçunun ölkəyə heç bir xeyiri olmadığı halda 5 min manat pul alır, lakin fəhlə 45 il ölkəyə xeyir verə-verə heç min manat da almır. Bu futbol mafiyasının qarşısını almaq lazımdır, yoxsa SOCAR-da həqiqi neftçilər heç vaxt 5 min manat görə bilməyəcək. Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." Geri qayıt |