Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Ölkə > Şahbuzun bu kəndləri NƏQLİYYATSIZ QALIB...
Şahbuzun bu kəndləri NƏQLİYYATSIZ QALIB...5-03-2025, 10:55 |
![]() Şahbuz rayonunun Yuxarı Qışlaq və Aşağı Qışlaq kəndlərinin sakinləri artıq bir aydır ki, marşrutsuz qalıblar. Sakinlər bildirirlər ki, əvvəllər heç olmasa gündə bir dəfə kənddən Naxçıvan şəhərinə gedən avtobus var idi. Lakin sonuncu marşrut da dayandırıldığından, əhali taksiyə möhtac qalıb. Sakinlər "Gündəlik Naxçıvan"a müraciətlərində bildiriblər ki, bu vəziyyət xüsusilə tələbələr və işinə gedib-gələn insanlar üçün ciddi problem yaradır. Kənddən şəhərə taksi ilə getmək ən az 15-20 manata başa gəlir ki, bu da əksər ailələr üçün böyük xərclər yaradır. Sakinlərdən biri H. Musayev deyir ki, hələ sovet dövründən bu kəndlərə müntəzəm avtobus işləyirdi və insanlar öz işlərini bu qrafikə uyğun qururdu: "İndi bir çox kəndlərə heç olmasa səhər bir dəfə avtobus gedir, axşam qayıdır. Amma bizim kəndlər tamamilə marşrutsuz qalıb. Biz qonşu kənddən keçən marşrutdan istifadə edirdik, indi o da dayanıb. Hər gün işə və ya şəhərə gedənlər çarəsiz taksi tutur. Nəticədə maaşımızın yarısı yolpulu olur." Digər sakin B. Guliyeva isə həm özü işə gedib-gəldiyi, həm də oğlu tələbə olduğu üçün bu vəziyyətdən ikiqat əziyyət çəkdiyini bildirir: "Tələbələrin çoxu kasıb ailələrdəndir, onların şəhərdə kirayə qalmaq imkanı yoxdur. Kirayə pulu, əlavə xərclər onları daha da sıxır. Ona görə də, hər gün kənddən Naxçıvana gedib-gəlmək istəyirlər. Marşrut olmadığından isə ciddi çətinlik çəkirlər. Şahbuz qəsəbəsində və Naxçıvanda işləyənlər üçün də vəziyyət eynidir – maaşları taksi xərcinə gedir. Halbuki kəndi marşrutla təmin etmək elə də çətin deyil. Amma aidiyyəti qurumlar buna maraq göstərmir. Sanki, bizim əziyyət çəkməyimizdən, artıq pul xərcləməyimizdən həzz alırlar." Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara edilən müraciətlər nəticəsiz qalıb. Onlara bildirilib ki, "avtobus çatışmır."Amma sakinlər bu açıqlamaya inanmır və hesab edirlər ki, məsələ sadəcə laqeydlikdən qaynaqlanır. Sakinlər aidiyyəti qurumlardan tələb edirlər ki, məsələ tezliklə həll edilsin. Geri qayıt |