Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...
Əsas Səhifə > Manşet, Ölkə > ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...

ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...


25-03-2025, 11:49
ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...
"DİA-AZ" olaraq hələ keçən ay ərəb oliqarxların Azərbaycanda nadir quşları ovlamaları ilə bağlı məlumatları paylaşmışdıq. Onu da qeyd etmişdik ki, Rashid Bin Hatha Al Marar BƏƏ-dəki ən böyük xurma istehsalçısı olan şirkətlərdən biri olan Tamrco-nun təhsisçisidir və onunla bərabər dostları da Azərbaycanda təbiətimizə qənim kəsilənlər sırasındadır.

ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...

Fotodakı iki şəxs Şeyx Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid və qardaşı Saifdir. Onlar Dubaydakı hakim ailənin üzvləridir. Və onlar Rashid Bin Hatha Al Mararın ov yoldaşları... maləsəf ki, Azərbaycan da onların oylağıdır...

"DİA-AZ" xəbər verir ki, haqqında danışdığımız xarici ovçular Salyan rayonunda yerləşən "Kür" otelində qalırdılar. Eyni zamanda, otel vətəndaşların da gecələməsi üçün açıq idi. Əldə etdiyimiz görüntülər göstərirdi ki, xarici qonaqlar sanitariya qaydalarını kobud şəkildə pozaraq otaqlarda öz yırtıcı quşlarını saxlayırdılar. Hotelin önündə çoxlu sayda yolunmuş göyərçin və bəzgək qalıqlarının olması isə ov obyektlərinin otelə gətirildiyini sübut edirdi.

Quş qripinin geniş yayıldığı bir dövrdə vətəndaşların hüquqlarını bu şəkildə kobud pozan, həmçinin antisanitariya şəraitində (quş zibilləri, üfunət və s.) gecələmə xidməti təklif edən otellə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena Epidemiologiya Mərkəzi -nə yerindəcə etdiyimiz müraciətə bir aydan çox müddət keçməsinə baxmayaraq, hələ indi cavab verilir.

Qısaca, şikayət ərizəmizə cavab olaraq bildirilib ki, "Kür" mehmanxanasında insanların həyat və ya sağlamlığına mühüm təhlükənin olması və ya ciddi zərərin vurulması barədə yetərli əsaslar və konkret faktlar olmadığına görə şikayətimizin araşdırılması mümkün hesab edilmir.

Biz isə görüntülərin bir qismini yenidən paylaşırıq.

ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...
ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...
ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...
ƏRƏB ŞEYXLƏRİNİN ŞOK AZƏRBAYCAN GÖRÜNTÜLƏRİ...

Geri qayıt