Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Siyasət > Anar Tağıyev Yevlaxı İFLİC VƏZİYYƏTİNƏ SALIB...
Anar Tağıyev Yevlaxı İFLİC VƏZİYYƏTİNƏ SALIB...19-04-2025, 09:22 |
![]() Yevlax rayonu bir daha sübut etdi ki, infrastruktur baxımından tamamilə acınacaqlı vəziyyətdədir. Dünən yağan güclü yağış nəticəsində şəhərin küçələri gölə çevrildi, yollar keçilməz oldu, bəzi evləri su basdı. Sanki bu şəhər Azərbaycanın mərkəzində yox, unudulmuş bir bölgəsində yerləşir. Bütün bu mənzərənin arxasında isə bir neçə ildir rayona rəhbərlik edən icra başçısı Anar Tağıyevin yarıtmaz və məsuliyyətsiz fəaliyyəti dayanır. O, 2020-ci ildə Yevlaxa icra başçısı təyin olunduğu gündən bəri əhalinin gözləntilərini doğrultmaq əvəzinə, onların etimadını və səbrini tükəndirib. Şəhərin abadlaşdırılması, yolların təmiri, su-kanalizasiya sistemlərinin yenilənməsi kimi fundamental məsələlər ya tamamilə unudulub, ya da yalnız "göstəriş” naminə kağız üzərində yerinə yetirilib. İki gün əvvəlki yağışdan sonra sosial şəbəkələrdə yayılan görüntülər bir daha göstərdi ki, Yevlaxda urbanizasiya və infrastruktur baxımından heç bir real iş görülmür. Küçələrdə suyun axıb getməsi üçün normal kanalizasiya yoxdur, illərlə eyni yollarda su gölməçələri yaranır. Bu görüntülər təkcə şəhərin mənzərəsini yox, Anar Tağıyevin fəaliyyətinin mahiyyətini də əks etdirir. Əhali arasında Anar Tağıyevə qarşı narazılıq günü-gündən artır. İnsanlar açıq şəkildə onun fəaliyyətsizliyindən danışır, idarəetmə üslubunu tənqid edirlər. İcra başçısı nə əhali ilə görüşür, nə də onların sosial problemlərinə real həll yolları axtarır. Əvəzində isə rayonun büdcəsi formal "layihələrə” yönləndirilir, görünən iş isə sıfıra bərabərdir. Yevlax kimi strateji bir bölgənin belə idarə olunması nəinki yerli əhali üçün, bütün ölkə üçün utancvericidir. Aidiyyəti qurumlar, xüsusilə də Prezident Administrasiyası bu vəziyyətə nəzarət etməli, yerli icra hakimiyyətinin fəaliyyəti ciddi şəkildə təftiş olunmalıdır. Əgər bu idarəetmə davam edərsə, Yevlaxda sosial narazılığın artması və daha ciddi problemlərin baş verməsi qaçılmaz olacaq. "DİA-AZ" Geri qayıt |