Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Suraxanıda evlərə BASQIN: Nə su verirlər... nə ehtiyata su yığmağa qoyurlar...
Əsas Səhifə > Manşet, Sosial > Suraxanıda evlərə BASQIN: Nə su verirlər... nə ehtiyata su yığmağa qoyurlar...

Suraxanıda evlərə BASQIN: Nə su verirlər... nə ehtiyata su yığmağa qoyurlar...


5-05-2025, 08:11
Suraxanıda evlərə BASQIN: Nə su verirlər... nə ehtiyata su yığmağa qoyurlar...
"3 may, saat 13.00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bacımın yaşadığı binaya (Zaur Şərifov küçəsi,ev 2,, blok 6, 5-ci mərtəbə mənzil 60) Suraxanı rayon icra hakimiyyətinin göstərişi (MİS işçilərinin dediyinə görə) ilə 137-saylı MİS işçiləri tərəfindən "hücum"olub" ". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu paylaşımında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib.

O daha sonra problemi detallı izah edir: "Sakinlərə xəbərdarlıq olunmadan, heç bir izah edilmədən, binanın üstündə yerləşmiş su çənlərindən evlərə gələn su xətləri kəsilmiş, sakinlərin şəxsi malı olan dəmir su çənləri MİS işçiləri tərəfindən "özəlləşdirilib" , sabah binanın üstündən düşürülməsi üçün hazırlıq görülmüşdür. Çəndən evə gələn su xətlərinin kəsilməsi nəticəsində su birbaşa 5-ci mərtəbədə yaşayan bacımın mənzilinə axmış, mənzilə ciddi ziyan dəymişdir. Belə ki, su otaqlara dolmuş,divarlar islandığı üçün divar kağızları qopmuş, mebellər islanmışdır.Mənzili yenidən normal hala salmaq üçün ısə ciddi vəsait tələb olunur.Bacım və onun həyat yoldaş isə təqaüdçüdürlər. Təqaüdçü üçün isə bu böyük məbləğdir.Onu da qeyd edim ki, həmin binaya su vaxtlı vaxtında verilmir, sakinlər bununla əlaqədar çox çətinlik çəkirlər.
Sual olunur: İndi sizcə lift olmayan binada yaşayan , sağlamlığında problemi olan ,təqaüdçü, bacım, 5-ci mərtəbəyə əllə suyu necə daşıyacaq?
Sonda onu da qeyd edim ki, içməli su ilə, vaxtlı-vaxtında təmin olunmadığı üçün,öz vəsaiti hesabına su çəni alan, quraşdıran, içindəki su da onun ailəsinə mənsub olan, bunun üçün vəsait ödəyən, bacımın günahı nə?
Bacıma və başqa sakinlərə ziyan vurmağa sizə kim haqq verib və məqsəd nə idi?
Sakinlərə məxsus bahalı çənləri qeyri qanuni söküb aparmaq oğurluq deyilmi?"

"DİA-AZ" vurğulayır ki, M.Qəhrəmanlı eyni zamanda aidiyyatı qurumları da gərəkən tədbirləri görməyə səsləyib və əlavə edib: "Qeyd olunanlarla əlaqədar sakinlər məhkəməyə müraciət etməli, onlara dəymiş ziyanın qərar verən qurum(şəxs) və MİS tərəfindən ödənilməsinə nail olmalıdır".

Geri qayıt