Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Avropada yol şousu olacaqdı: 873 minlik plan `YOLDA QALDI`
Əsas Səhifə > Manşet, Ölkə > Avropada yol şousu olacaqdı: 873 minlik plan `YOLDA QALDI`

Avropada yol şousu olacaqdı: 873 minlik plan `YOLDA QALDI`


8-05-2025, 10:52
Avropada yol şousu olacaqdı: 873 minlik plan `YOLDA QALDI`
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş tender ləğv edilib.

FED.az xəbər verir ki, Avropa ölkələrində ölkəmizin turizm potensialının tanıdılması məqsədilə elan edilmiş tender yetərsayın olmaması səbəbilə ləğv edilib.

Avropada yol şousu olacaqdı: 873 minlik plan `YOLDA QALDI`

Tender çərçivəsində İtaliya, Polşa, Çexiya, Almaniya, Avstriya və İsveçrədə yol şousu şəklində silsilə B2B tədbirlərin təşkili nəzərdə tutulurdu. Bu addım Azərbaycanın turizm brendinin Avropa auditoriyasına tanıdılması istiqamətində genişmiqyaslı təşəbbüs idi. Lakin tender prosedurunda üçdən az təchizatçı iştirak etdiyi üçün satınalma qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən ləğv olunub.

Xatırladaq ki. tenderin ehtimal olunan satınalma məbləği 873.931,60 AZN idi. Tenderin dərc olunma tarixi 9 aprel 2025, saat 15:47, təkliflərin təqdim edilməsi və zərflərin açılması isə 1 may 2025, saat 15:00 olaraq müəyyən edilmişdi.

Geri qayıt