Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Hadisə > Nəzarət Zaur Mikayılova keçəndən sonra...
Nəzarət Zaur Mikayılova keçəndən sonra...Bu gün, 10:40 |
![]() "“Xan” dövrü Naxçıvanında “Naxsu” deyilən bir təsərrüfat vardı. Naxçıvan əhalisini su ilə təchiz edən bu müəssisə “canişin” dövründə “Azərsu”ya birləşdirildi. Bununla da işçilərin yaman günləri başladı..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında jurnalist Heydər Oğuz qeyd edib. O daha sonra bunları deyib: "İşçilərdən birinin iddiasına görə, “Naxsu” dövründə uzağı 700 abonentə baxırdı. İndi isə ona 1500 abonent tapşırıblar. O da buna öz acizanə etirazını bildirib. Amma bu acizanə etiraz belə, “canişin” məmurlarına yaman toxunub. Adamın iş yerini dəyişdirib dəyişdirib onu evindən xeyli uzağa göndəriblər. İndi bu vətəndaş işə gedib-gəlmək üçün taksi xidmətindən istifadə edir. Çünki 12 saatlıq iş növbəsi ilə çalışır və axşam saat 9-da işə gedib, səhər saat 9-da işdən çıxır. Həmin vaxt isə işə getməyə avtobus tapa bilmir. "Xan" dövrü Naxçıvanında isə onları iş yerinə aparıb gətirən xidmət avtobusları olurdu. "Canişin" Naxçıvanda zühur olandan bu avtobuslar da ixtisara salınıb. Şikayətçinin aldığı maaş isə cəmi 423 manatdır. Halbuki, “xan” dövründə maaşdan əlavə. ayda 300-400 manat mükafat da alırdı. İndi isə o ikiqat azalan maaşıyla həm taksilərə pul verməli, həm ailəsini dolandırmalı, həm də ali məktəbdə oxuyan uşağının təhsil haqqını ödəməlidir. Yaşadığı məmləkətdə isə pulu onun kimi zəhmətkeşlərə yox, “canişin”lə bərabər Naxçıvana gətirilən iri məmurlara ödəyirlər. Hətta bununla da kifayətlənməyib, onların ailə üzvləri işsiz qalmasın deyə, əlavə müəssisələr yaradır və bu “mümtaz” şəxsiyyətləri həmin müəssisələrin rəhbəri təyin edirlər. Yanına da 10-larla işçi qoyub hər ay 10 minlərlə manatı göyə sovururlar". Şikayətçi yazır: “Sizdən xahiş edirəm, bir açıqlama istəyəsiniz “Azərsu”dan. Kabinetlərdə oturub keyf çəkənlər 400 manatla yaşaya bilərlər? Bilərlərsə o cədvəli bizə də versinlər, biz də ailəmizi eyni qaydada təmin edək”. Geri qayıt |